Elan: “Təməl Liderlik Kursu”na qeydiyat başladı

Əziz skautlar və skaut dəyərlərinə sahib gənclər.
Azərbaycan Skautlarının Milli Təlim Proqramı çərçivəsində “Təməl Liderlik Kursu”na (№ ASA-MTP002-TL22-1) qeydiyat başladı.

Hər bir skaut təşkilatının əsas sütunu skautlar olsa da onları yetişdirən, inkişaf etməsində bir başa zəhməti keçən, öz cığırlarını tapmasında, gələcəyə uğuru addımlar atmasında, əsl skaut dəyərlərini mənimsənilməsində dəstək göstərən, ailə və məktəb arasındakı boşğuqları tamamlamaq üçün böyük əziyyəti olanlar isə skaut liderləridir. Qısaca Liderlər təşkilatın sütununu möhkəm saxlayan və daim ona nəzarət edən əsas qəhrəmanlardır.

Siz də əsl skaut lideri kimi yetişmək, cəmiyyətə fayda vermək, gələcəyimiz olan uşaq, yeniyetmə və gənclərin inkişafına töhfə vermək, ən əsası öyrədərək öyrənmək istəyirsinizsə 2022-ci ilin #Fevral ayında həyata keçiriləcək #MTP/”Təməl Liderlik Kursları”na qatılmaq üçün qeydiyyatdan keçin.

Qeydiyyatdan keç

Qeydiyyatdan keçmiş və skaut lideri olmağa uyğun olan hər kəs ikinci mərhələyə – müsahibəyə dəvət ediləcəklər.

Qeyd: Qeydiyyatdan keçərkən özünüzü dolğun ifadə etməyi unutmayın!

Yaş: 20+
Tarix: 18-24.02.2022
Təlim müddəti: 6 gün

Siz həqiqətən də lider olduğunuza inanırsınızsa, biz də bunu hiss edəcəyik!

Related Posts

Liderlik Təlimi İştirakçıları “Yer Saatı”nı qeyd etdilər!

Azərbaycan Skautlar Assosiasiyası bu böyük tədbirin bir parçası olmaqla, gələcək nəsillər üçün daha yaxşı bir dünya yaratmaq ideyasını dəstəkləyir. Hər il olduğu kimi bu il də skautlar…

Qubada təməl liderlik təlimləri start götürüb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Məktəblərdə skaut klublarının yaradılması” layihəsində ümumilikdə Azərbaycanın müxtəlif bölgələrindən…

Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması layihəsinə start verildi

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” layihəsinə start verildi İlk gün…

Namizəd skaut liderləri üçün ilkin skaut təlimi baş tutub

Azərbaycan Skautlar Assosiasiyasının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” layihəsi və Milli Təlim Proqramı çərçivəsində “MTP010-TL24-2” təməl liderlik…

WikiScout Təlimi ilə siz də Vikipediyaçı Skautlarımızdan biri ola bilərsiniz

Vikipediya çağdaş dönəmdə informasiyanın əldə edilməsində xüsusi əhəmiyyətə malik virtual məlumat platformasıdır.Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində həyata keçirilən bu təlim, Azərbaycan dilində vikiməzmunu zənginləşdirmək, başqa…

Azərbaycan Skautlarının Liderlik Kursu

Əziz skautlar və skaut dəyərlərinə sahib gənclər. Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Azərbaycan Skautlarının Liderlik Kursu”na qeydiyat başladı. Hər bir skaut təşkilatının əsas sütunu skautlar olsa da…

This Post Has One Comment

  1. Salam,
    Men ASA nin uzvu Leyla Taghizade.

    Men qeydiyatdan kecmek ucun problem yasadim once ve bu defe de geydiyat Dan kecmek isterken, artiq geydiyat in active olmamasi deilir.
    Men cox isterdim bu telimde istirak edim ve Liderliq in nece duzgun olmasini oyrenim.
    Eyni zamanda bele bir tercube gelecek camplarda istirakima boyuk bir yardimi olacaq ve Liderlik bacariqlarim genishlenecek.

    Telimin istirakcisi olmaq ucun men ne etmeliyem ve yaxud bu suali kime yonlendirim?

    Hormetle,
    Leyla Taghizade.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir