Ülvi Məmmədov
Azərbaycan Skautlar Assosiasiyasının
Milli Baş Müvəkkili
ulvi.mammadov@scout.az
secretary@scout.az

Ülvi Üzeyir oğlu Məmmədov (Camalsoy) 1999-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində həkim ailəsində anadan olmuşdur. 2003-cü ildə ailəsi ilə birgə Xaçmaza köçmüşdür. Hazırda biri xaricdə, biri ölkədə olmaqla 2 paralel bakalavr təhsili alır.

Bir çox ölkələrdə təşkil edilən təhsil, mübadilə proqramlarında iştirak etmiş və ölkəmizi layiqincə təmsil etmişdir. 2019-cu ildə Sloveniyanın Kraynska Gora şəhərində baş tutan Skaut və Bələdçilər Akademiyasından məzun olmuşdur. 2021-ci ildə 42-ci Dünya Skaut Konfransında Azərbaycandan nümayəndə heyətinin tərkibində çıxış etmişdir. Erasmus+ beynəlxalq təcrübə-mübadilə proqramında da iştirak etmişdir. Avropa Şurası tərəfindən keçirilən bir neçə təhsil proqramında hüquq təhsili alır. İlk rəsmi əmək fəaliyyətinə 2018-ci ildə ARB Şimal televiziyasında başlamışdır. 2019-cu ilin dekabr ayından Şamaxı regional “ASAN xidmət” mərkəzinin Baş mütəxəssisi, həmçinin “YAŞAT Fondu”nun əməkdaşı, könüllülər, təlimlər və əməyin mühafizəsi üzrə mütəxəssisi, 2021-ci ilin oktyabr ayından Gənclərin İnkişafı və Karyera Mərkəzinin Şabran nümayəndəliyinin Direktoru vəzifəsində çalşır. Daha öncədən qəzetlərdə jurnalistika fəaliyyəti ilə məşğul olub. 2021-ci ilin may ayından etibarən Azərbaycan Skautlar Assosiasiyasının Baş Katibi vəzifəsini daşıyır. Həmçinin Dünya İqtisadiyyat Forumunun “Global Shapers Shamakhi Hub”ının yaradıcı üzvlərindəndir. 2019-cu ildən “Lira” Gənc İstedadlar İctimai Birliyinin Mətbuat katibidir.
Şimal regionunda fəaliyyət göstərən “Ətraf Mühit” İcmasının həmtəsisçisidir. Bir çox yerli və beynəlxalq təşkilatlarda könüllü fəaliyyəti ilə məşğul olmuş və bunun təbliğatını aparmışdır. Azərbaycan Skautlar Assosiasiyasının bir neçə irihəcmli yerli və beynəlxalq layihələrinin həyata keçirilməsinə rəhbərlik etmişdir.

2019-cu ildə məhsuldar jurnalistika sahəsindəki fəaliyyəti ilə əlaqədar mükafatlandırılmışdır. 2020-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təltif edilmişdir. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin müvafiq əmri ikə “İlin ASANçısı” seçilmişdir. Həmçinin iki dəfə “Ayın ASANçısı” mükafatına layiq görülmüşdür. Onun “Ülvi Tofiq” adı ilə bədii və elmi məqalələri mətbuatda: saytlarda, qəzetlərdə, jurnallarda dərc edilmişdir. “Öz günəşini yarat” adlı kitabın müəllifidir. 2017-ci ildən bəri peşəkar təlimçilik fəaliyyəti ilə məşğuldur. Şəxsi inkişaf təlimlərini müxtəlif qurum əməkdaşları üçün həyata keçirmişdir. Müxtəlif yerli və beynəlxalq düşərgələrdə təlim və oyunların təşkilində fasilitator kimi çıxış etmişdir. İnsan hüquqları mövzusunda müxtəlif təlimlər keçir. Daha çox Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində məşğul olur. İngilis, ərəb və türk (tədris dili) dillərini bilir.