EKO-SKAUT DÜŞƏRGƏSİ

Çoxların böyük maraqla gözlədiyi növbəti Eko-skaut düşərgəsi yenidən baş tutacaq!
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, IDEA İctimai Birliyinin və Azərbaycan Skautlar Assosiyasının təşkilatçısı olduğu IDEA eko-skaut proqramı çərçivəsində Samur-Yalama Milli Parkında  “Təbiətin keşiyində” adlı yeni bir düşərgə təşkil olunacaq. İştirakçıları Milli parkın ərazisində eko-tur, marşrut boyu praktik təlimlər, hikinq, əyləncəli yarışlar, müsabiqələr keçiriləcək, həmçinin gəncləri musiqi, maraqlı ekoloji mövzularda fikir mübadilələri və s. surprizlər gözləyir.

Eko-skaut düşərgəsində iştirak etmək istəyən skautlar üçün şərtlər:
Yaş həddi: 18-25 yaş arası skautlar
Təhsil: Seçim zamanı ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan və ya təhsilini tamamlamış skautlara daha çox üstünlük veriləcəkdir
Qeyd: Düşərgənin müddəti 2 gecə 3 gündür. İştirakçılar çadır, yataq kisəsi, mat, təlim ləvazimatları, ilk yardım dəsti, nəqliyyat, qida və su ilə təmin olunacaqlar.

 

Qeydiyyat üçün:

https://scout.az/registration10/