Qaydalar və Şərtlər

Təşkilatımızda fəaliyyətlər yaş qrupları üzrə həyata keçirilir:
1. 6-10 yaş – mauqli skautlar
2. 11-13 yaş – skautlar
3. 14-17 yaş – cəngavər skautlar
4. 18-22 yaş – səyyah skautlar
5. 22 yaşdan yuxarı – böyükyaşlı könüllülər.

Təşkilatdaxili fəaliyyətlərə ilk 3 yaş qrupu dəstələr şəklində, səyyah skautlar həm dəstə, həm də fərdi şəkildə, böyükyaşlı könüllülər isə fərdi şəkildə qatılırlar. Fəaliyyətimiz qeyri formal təhsil olduğu üçün bütün görüş və tədbirlərimiz demək olar ki, yalnız şənbə-bazar, bayram və tətil günləri həyata keçirilir.

Elektron ərizəni doldurduqdan sonra sizə 3 ay sınaq müddəti verilir. Bu vaxt ərzində ASA-nın yerli görüş – tədbirlərində iştirak edə bilərsiniz. 3 ay sonra isə təşkilatda fəaliyyətinizi davam etdirmək istəsəniz onda artıq skaut uniformasını əldə etməli və ilin sonuna qədər olan üzvlük haqqını ödəməlisiniz. Bu ödəniş 1 il üçün 48 AZN-dir (4 AZN/1 ay)

Daha sonra qrupumuza üzv olaraq tədbirlərimiz barədə məlumatları izləyərək mütəmadi olaraq həmin tədbirlərdə iştirak edə bilərsiniz:
QRUPA DAXİL OL