XXV Dünya Skaut Camborisi – BƏYANATLAR

09.08.2023, 6:32, AZƏRBAYCAN SKAUTLAR ASSOSİASİYASI, İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR DEPARTAMENTİ

Azərbaycan kontingenti təxliyyəsi tamamlanaraq Ansan şəhərində yerləşən Dövlət Tədris Mərkəzinə yerləşdirilib. Cambori müddətində iştirakçılar xüsusi proqramla beynəlxalq düşərgəni davam etdirəcəklər və ümumi şəkildə bağlanış mərasimində iştirak edəcəklər.


07.08.2023, 11:40, AZƏRBAYCAN SKAUTLAR ASSOSİASİYASI, İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR DEPARTAMENTİ

Dünya Skaut Hərəkatı Təşkilatının 7 avqust 2023-cü il tarixli, saat 10:00-da verdiyi bəyanatı diqqətinizə çatdırırıq:

“Dünya Skaut Hərəkatı Təşkilatı (WOSM) bu səhər Koreya Respublikası Hökumətindən SaeManGeum bölgəsində gözlənilən “Xanun” tayfunun təsirinə görə 25-ci Dünya Skaut Camborisinin bütün iştirakçıları üçün düşərgədən erkən yola salınması barədə təsdiq aldı.

Hökumət Dünya Skaut Hərəkatı Təşkilatına məlumat verdi ki, onlar tezliklə gediş planları və iştirakçıları qəbul edəcək yerlər haqqında ətraflı məlumat verəcəklər. Biz hökuməti təcili olaraq gediş planını sürətləndirməyə və iştirakçılara qaldıqları müddətdə və öz ölkələrinə qayıdana qədər bütün lazımi resursları və dəstəyi təmin etməyə çağırırıq.”

Azərbaycan Skautlar Assosiasiyasının Koreyanın SaeManGeum bölgəsində keçirilən 25-ci Dünya Skaut Camborisinin çadır düşərgəsindən 8 avqust tarixində qapalı məkana təxliyyə ediləcəklər. Nümayəndə Heyətin geri dönməsi planlı şəkildə olacaq. Eyni zamanda Dünya Skaut Camborisinin bağlanış məkanı Seul şəhərinə dəyişdirilib. Tarixi isə dəyişilməmiş (11 avqust 2023) qalıb. Məlumatlar güncəl olaraq sosial şəbəkə hesablarımızda və rəsmi saytımızda (https://scout.az/jamboree2023statements) dərc edəcəyik.