JAMBOREE 2023 – REGISTRATION FORM

2023-cü ilin Avqust ayında Cənubi Koreya tərəfindən ev sahibliyi ediləcək 25-ci Dünya Skaut Camborisi (25th World Scout Jamboree) tədbirinə Azərbaycanı və Azərbaycan Skautlarını təmsil etmək istəyən skautlardan 15.10.2022-ci il tarixə qədər müraciətlərini göndərmələri tələb olunur.

Əsas tələblər aşağıdakılardan ibarətdir:

  • İnglis dili biliyi;
  • İştirakçı (13-17), 17+ BXK (Beynəlxalq xidmət komandası IST) və liderlər;
  • Skaut təcrübəsi arzuolunandır;
  • Cambori (Jamboree) təcrübəsi (iştirak növündən aslı olaraq);
  • Liderlik xüsusiyyətləri;
  • Səyyahətlərin planlaşdırılması bacarığı;
  • Komunikasiya bacarığı;
  • Operativlik;
  • Məsuliyyətlilik.

Online qeydiyyatdan keçdikdən sonra seçim mərhələsi ASA-nın xarici tədbirlərdə iştirak etmək üçün zəruri olan tələblərinə cavab verən skautların müraciətlərinə intervyu əsasında baxılacaqdır. Müsahibə ingilis dilində keçiriləcək. Minimal ingilis dili səviyyəsi orta (intermediate) olmalıdır.

Qeyd edək ki, Cambori Skaut hərəkatının ən böyük beynəlxalq yox qlobal gənclik tədbiridir. 150-dən çox ölkədən 40-50 min skautun iştirakı ilə bu böyük beynəlxalq düşərgə hər 4 ildən bir keçirilir.
İştirak haqqı : 3500 $
İlkin ödəniş : 1000 $

Ödənişə daxildir:

  • Bilet (Bakı – Seul – Bakı);
  • Viza;
  • Camboridə iştirak haqqı;
  • Seul gəzintisi;
  • Sığorta;
  • Cambori dəst;
  • Promo materiallar;
  • Nəqliyyat;
  • Camboriyə qədər 2 hazırlıq düşərgəsi;
  • Uniforma.

Son müraciət tarixi: 15 oktyabr

İlk mərhələ üçün qeydiyyat blankı: