Beynəlxalq Müvəkkilin köməkçisi – vəzifə məlumatları

 Azərbaycan Skautları Assosiyası
Vəzifə:Beynəlxalq Müvəkkil köməkçisi (ASA)
Vəzifə məlumatı:İş yeri: Bakı İş cədvəli: 1 il (yenidən uzadıla bilər)
Keyfiyyətlər &Təcrübə:Təhsil: Ali                         
İş təcrübəsi: Beynəlxalq Münasibətlər üzrə təcrübə,
Dil bilirkləri: Səlis Azərbaycan, İngilis və Rus dili (məcburi)
Hesabat verir: Beynəlxalq Müvəkillə/ Milli Baş Müvəkkilə/Sədrə 
Gender: Qadın
Yaş:+18
Digər Bacarıqlar/Sertifikat tələb olunur:Skautinqdə aktivlik;
Üzvlük və prosedurlar haqqında biliklər;
Mükəmməl səviyyədə İngilis və Rus dili yazı və danışıq qabiliyyəti;
MC Office proqramlarında sərbəst işləyə bilmək;  
Uzaq yerlərə İşgüzar səfərləri və işləməyə gedə bilmə imkanlarının olması;
Beynəlxalq tədbirlərdə iştirak etmək bacarığı;
Təqdimat bacarıqları (rus və ingilis dillərində danışıq qabiliyyəti);
Mükəmməl ünsiyyət və liderlik bacarıqları;
Vaxtı səmərəli idarəetmə, planlaşdırma bacarığı və çoxlu tapşırıq  yerinə yetirə bilmə imkanları.
Öhdəliklər:Beynəlxalq əlaqələr üzərindən ASA-nın cari ehtiyaclarını müəyyən etmək və qiymətləndirmək;
Beynəlxalq tədbirlərin siyahısını tərtib etmək və ASA ünvanına göndəriləcək dəvət məktublarının  monitorinqini aparmaq;
Beynəlxalq Müvəkkilə hesabat vermək;
Xaricdə keçirilən  Konfranslarda iştirak etmək istəyən Skautların təyini və onların uyğunluğunu qiymətləndirməkdə Beynəlxalq Müvəkkilə kömək etmək;
Staff Heyyətinə effektiv induksiya və oriyentasiya seanslarının keçirilməsi;
Bütün WAGGGS fəaliyyətlərinə nəzarət etmək və hesabat vermək;
Beynəlxalq münasibətlər, inkişaflar və qabaqcıl təcrübə proqramları haqqında dərin anlayışlara malik olmaq