Azərbaycan Skautları Assosiyası | |
Vəzifə: | Beynəlxalq Müvəkkil köməkçisi (ASA) |
Vəzifə məlumatı: | İş yeri: Bakı İş cədvəli: 1 il (yenidən uzadıla bilər) |
Keyfiyyətlər &Təcrübə: | Təhsil: Ali İş təcrübəsi: Beynəlxalq Münasibətlər üzrə təcrübə, Dil bilirkləri: Səlis Azərbaycan, İngilis və Rus dili (məcburi) Hesabat verir: Beynəlxalq Müvəkillə/ Milli Baş Müvəkkilə/Sədrə Gender: Qadın Yaş:+18 |
Digər Bacarıqlar/Sertifikat tələb olunur: | Skautinqdə aktivlik; Üzvlük və prosedurlar haqqında biliklər; Mükəmməl səviyyədə İngilis və Rus dili yazı və danışıq qabiliyyəti; MC Office proqramlarında sərbəst işləyə bilmək; Uzaq yerlərə İşgüzar səfərləri və işləməyə gedə bilmə imkanlarının olması; Beynəlxalq tədbirlərdə iştirak etmək bacarığı; Təqdimat bacarıqları (rus və ingilis dillərində danışıq qabiliyyəti); Mükəmməl ünsiyyət və liderlik bacarıqları; Vaxtı səmərəli idarəetmə, planlaşdırma bacarığı və çoxlu tapşırıq yerinə yetirə bilmə imkanları. |
Öhdəliklər: | Beynəlxalq əlaqələr üzərindən ASA-nın cari ehtiyaclarını müəyyən etmək və qiymətləndirmək; Beynəlxalq tədbirlərin siyahısını tərtib etmək və ASA ünvanına göndəriləcək dəvət məktublarının monitorinqini aparmaq; Beynəlxalq Müvəkkilə hesabat vermək; Xaricdə keçirilən Konfranslarda iştirak etmək istəyən Skautların təyini və onların uyğunluğunu qiymətləndirməkdə Beynəlxalq Müvəkkilə kömək etmək; Staff Heyyətinə effektiv induksiya və oriyentasiya seanslarının keçirilməsi; Bütün WAGGGS fəaliyyətlərinə nəzarət etmək və hesabat vermək; Beynəlxalq münasibətlər, inkişaflar və qabaqcıl təcrübə proqramları haqqında dərin anlayışlara malik olmaq |