Azərbaycan Skautlar Assosiasiyası

İŞİN TƏSVİRİ

Vəzifə BaşlığıBeynəlxalq əlaqələr üzrə Müvəkkil
Hesabat verirMilli Baş Müvəkkilə/Sədrə

MƏQSƏD

Beynəlxalq əlaqələr üzrə Müvəkkilik rolu ASA, digər Milli Skaut Təşkilatları (“NSO”), Avrasiya və digər Skaut Regionları, Dünya Bürosu, WOSM və digər assosiasiyalar arasında əlaqələri qorumaq, inkişaf etdirmək və gücləndirmək və ASA-nın beynəlxalq əlaqələri çərçivəsində Skautinqin beynəlxalq aspektini təşviq etməkdir.

ƏSAS ÖHDƏLİKLƏR/ MƏSULİYYƏTLƏR

Beynəlxalq əlaqələr üzrə Müvəkkilin əsas vəzifələri aşağıdakılardır ibarətdir:

Təhsil aspekti:

  • ASA və onun üzvlərini beynəlxalq layihələrdən xəbərdar etmək;
  • Bütün yaş qrupları üçün beynəlxalq təhsil proqramını hazırlamaq üçün  Milli komitə və müvafiq alt komitələrlə işləmək;
  • WOSM-in fəaliyyətlərini, proqramlarını və tədbirlərinə təşviq etmək;
  • Beynəlxalq tədbirlərin, o cümlədən seminarların, layihələrin, görüşlərin və konfransların tarixlərinin ASA-nın təqviminə daxil edilməsini təmin etmək;
  • Xaricə səyahət edən qruplara və fərdlərə lazımı məlumalatları vermək  və digər Milli Skaut Təşkilatılardan gələn skautları əlaqələndirmək.
  • Ünsiyyət/Nümayəndəlik:
    • Beynəlxalq səviyyədə ASA-nın prioritetlərini və maraqlarını təmsil etmək və müdafiə etmək;
    • Avrasiya Regional Ofisi, Komitə və Dünya Bürosu ilə əlaqələri saxlamaq;
    • Digər Milli Skaut Təşkilatılarla, xüsusən də digər Beynəlxalq Müvəkkillərlə əlaqələr saxlamaq;
    • Strategiyalar, siyasətlər, təlimatlar və digər beynəlxalq və regional məsələlər üzrə WOSM/Dünya Bürosundan alınan məlumatın müvafiq şəxslərə və sub-komitələrə ötürülməsini təmin etmək
    • ASA üzvlərinin Dünya və Regional Konfrans və tədbirlərdə (seminarlar, layihələr, təlimlər və s.) iştirakını təmin etmək
    • Dünya/Regional Konfranslarda qaldırılacaq bütün gündəm məsələləri ilə bağlı müzakirələrdə iştirak etmək;
    • Üzvləri və dəstələri  xaricdə keçirilən tədbirlərdə iştirak etmək üçün həvəsləndirmək və bu cür tədbirlərlə bağlı alınan məlumatların geri qayıtdıqdan sonra müvafiq hesabatlara daxil edilməsini təmin etmək;
    • Beynəlxalq tədbirlərdə ASA-nı təmsil etmək;
    • Digər Bütün Milli Skaut Təşkilatlarla əlaqələr qurmaq üçün seminarlarda, konfranslarda və digər əlaqəli tədbirlərdə iştirak etmək.
  • Siyasi aspekti:
    • Beynəlxalq məsələlər üzrə ASA-nın əsasnaməsi və apardığı  siyasətə düzəlişlər etmək üçün təklif etmək;
    • Milli Komitənin digər üzvləri ilə birlikdə ASA-nın uzunmüddətli strategiyalarını/məqsədlər planını hazırlamaq.
  • Hesabat:

            İllik fəaliyyət planını hazırlamaq və Milli Komitəyə təqdim etmək;

            Milli Komitəyə rüblük, yarımillik əsasda həyata keçirilən işlərin əsas    məqsəd və stategiyası barədə və ASA-nın beynəlxalq məsələlər/layihələr üzrə görülən işlərin fəaliyyətinə dair hesabat vermək.

  • Digər öhdəliklər:
    • Baş Assambleya və Milli Komitə tərəfindən müəyyən edilmiş və onun öhdəliklərinə aid edilən məsələlərin siyasətini/məqsədlərini effektiv və səmərəli şəkildə həyata keçirilməsini təmin etmək;
    • Beynəlxalq Müvəkkil Köməkçilərinin işini əlaqələndirmək;
    • Milli Komitənin iclaslarında və tədbirlərində iştirak etmək;
    • ASA-nın Nizamnaməsi, onun qayda və qanunları, habelə Baş Assambleya və Milli Komitə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

ƏSAS ƏLAQƏLƏR

  • Milli Müvəkkillər Şurasının üzvləri
  • ASA-nın üzvləri;
  • Beynəlxalq Müvəkkil Köməkçiləri;
  • Digər Milli Skaut Təşkilatının Beynəlxalq Müvəkkilləri

TƏLƏBLƏR

  • Əsas keyfiyyətlər

Minimum Ali təhsil  dərəcəsinin olması və ya ekvivalenti

  • İş təcrübəsi
    Layihənin idarə edilməsi və beynəlxalq əlaqələr sahəsində ən azı [3-5] il təcrübə
  • Bilik və bacarıqlar

ASA-nın strukturu, fəaliyyəti və siyasəti haqqında biliklərə malik olmaq;

WOSM, Dünya Skaut Bürosunun və Avrasiya Skaut Regionunun strukturu və fəaliyyəti haqqında biliklərə yiyələnmək ;

Başqa ölkələr, insanlar və onlarlın maraqlını öyrənməyə həvəs göstərmək;

Beynəlxalq və multikultural çərçivədə əməkdaşlıq etmək və işləməyə bilmə bacarığı.

  • Texniki bacarıqlar
    Dəqiq, hər tərəfli və yüksək səviyyədə hesabat yazmaq
    Mükəmməl ünsiyyət bacarıqları
    MS Office proqramlarında sərbəst işləmə

  • Digər dillər ( o cümlədən rus dili) arzu olunandır
  • Digər tələblər

          Lazım olduqda xaricə səyahət etmə imkanlarının olması