Aygün Rəşidova

Aygün Rəşidova
Azərbaycan Skautlar Assosiasiyasının
Xaçmaz rayonu üzrə Müvəkkili
khachmaz@scout.az

Rəşidova Aygün Abubəkər qızı 1981-ci ildə müəllim ailəsində anadan olmuşdur. 1987-ci ildə Xaçmaz şəhər 1 saylı tam orta məktəbinə getmiş və 1997-ci ildə həmin məktəbdən məzun olmuşdur. 2002-ci ildə ADPU-nun tarix fakultəsinə qəbul olmuş və 2006-cı ildə bitirmiş və həmin ildən Xaçmaz şəhər Akademik Z.Əliyeva adına 8 saylı məktəb liseydə çalışır. 2012-ci ildə ADPU-nun “Türk xalqlarının tarixi” fakultəsinin magistr şöbəsinə daxil olmuş, 2015-ci ildə “Osmanlı dövlətinin idarə olunması” mövzusunda müdafiə edərək magistr təhsilini başa vurmuşdur.

2015-ci ildən A.Bakıxanov adına AMEA-nın Tarix İnstitunun “Beynəlxalq Əlaqələr” şöbəsinin doktorantıdır. “Böyük Britaniyanın Cənubi Qafqaz siyasəti və Dağlıq Qarabağ məsələsinə münasibəti” mövzusunda doktorluq işi üzərində çalışır. Ölkə daxilində və ölkə xarici elmi nəşrlərdə məqalələri çap olunub. İngilis və rus dillərini əla bilir. 2011-ci ildən Xaçmaz Amerika Mərkəzində könüllü olaraq çalışıb. Hal-hazırda ABŞ Səfirliyinin ELAC layihəsi üzrə mərkəzdə ingilis dilini tədris edir. Səyahəti, fotoqrafiya ilə məşğul olmağı çox sevir. Numerologiya və astrologiya ilə maraqlanır. 2012-ci ildə Skaut yürüşlərində iştirak etsə də, 15 dekabr 2017–ci il tarixindən Azərbaycan Skautlar Assosasiyasında Skaut-Lider kimi, 06 yanvar 2021-ci il tarixindən etibarən isə ASA-nın Xaçmaz müvəkkili vəzifəsindədir.