Akademiya 2022 / Vilnüs, Latviya

Əziz skautlar, Dünya Skaut Hərəkatı Təşkilatının (WOSM) və Dünya Qız Bələdçiləri və Qız Skautları Assosiasiyası (WAGGGS) 2-6 noyabr 2022-ci il tarixlərində Latviyanın Vilnüs şəhərində baş tutacaq Akademiyaya dəvət edir.

? İştirak haqqı:

400 AVRO təşkil edir ki, bunun 200 AVRO məbləği layihə tərəfindən qarşılanacaq. Siz isə geri qalan 200 AVRO hissəsini ödəyəcəksiniz.

✈️ Səyahət xərcləri:

Maksimum 250 Avroyadək səyahət xərclərinin 80% hissəsi təşkilatçılar tərəfindən qarşılanacaq.

❓ Akademiya nədir?

Akademiya, WAGGGS və WOSM Avropa Regionlarının əsas prioritetləri əsasında iştirakçılara yüksək keyfiyyətli təlim və şəbəkə imkanları təmin etmək üçün hazırlanmış unikal skaut tədbiridir.

Akademiya haqqında daha ətraflı məlumat

❓ Kimlər iştirak edə bilər?

Azərbaycan Skautlar Assosiasiyasının xarici tədbirlərdə iştirak qaydalarına uyğun olan hər bir skaut iştirak edə bilər.

Xarici tədbirlərdə iştirak etmək üçün qaydalar

Qeydiyyat üçün son tarix: 20 sentyabr 2022-ci il

Məkan: Vilnüs, Latviya

Sizi maraqlandıran suallara aşağıdakı əlaqə vasitələri ilə cavab tapa bilərsiniz:

TEL + 994705022391 (Ülvi Məmmədov – Əlaqələndirici şəxs)

EMAIL: international@scout.az / europe@scout.org / europe@wagggs.org


MÜRACİƏT ƏRİZƏSİ

Academy 2022

ƏLAVƏ 1