Dərin kədər və hüznlə bildiririk ki, Azərbaycan Skautlarının fəal üzvlərindən biri, gülərüzlü və mehriban dostumuz Gülər İsmayılova bu may ayında, uzun müddət davam edən xəstəliklə mübarizədən sonra haqq dünyasına qovuşub. 22 may tarixində doğulduğu Qəbələ rayonunda dəfn edilib.
27 yaşlı Gülər bir çox layihələrimizdə böyük həvəs və məsuliyyətlə iştirak edib, hər zaman pozitiv enerjisi ilə ətrafındakıları ruhlandırıb. Onun xatirəsi Azərbaycan Skautları ailəsinin yaddaşında daim yaşayacaq.
“Gone Home” – Gülər artıq evinə qayıtdı…
Ruhu şad olsun.

