Vakansiyalar elan edilir! 22.09.2024

🔰 Azərbaycan Skautlar Assosiasiyasının Nizamnaməsinin və Milli Müvəkkillər Şurası haqqında qaydalarının müvafiq maddə və bəndlərinə uyğun olaraq Milli Komitənin 18.09.2024-cü il tarixli qərarına əsəsasən aşağıdakı əsas vəzifələr üzrə könüllü əsaslarla vakansiyalar elan olunur:

1. Milli Layihələr üzrə Müvəkkil;

2. Milli Etika üzrə Müvəkkil;

3. Milli İctimaiyyətlə əlaqələr üzrə Müvəkkil;

4. Elektron sənəd dövriyyəsi və Kargüzarlıq üzrə menecer.

🔰 Milli Müvəkkillər Şurasının son toplantısında müzakirələr əsasında verilmiş qərar nəticəsində aşağıdakı yardımçı vəzifələr üzrə könüllü əsaslarla vakansiyalar elan olunur:

1. Milli Baş Müvəkkilin köməkçisi;

2. Beynəlxalq əlaqələr üzrə subkomitə: DSHT üzrə Beynəlxalq müvəkkilin köməkçisi;

3. Beynəlxalq əlaqələr üzrə subkomitə: DQSQBA üzrə Beynəlxalq müvəkkilin köməkçisi;

4. Beynəlxalq əlaqələr üzrə subkomitə: Tərcümə işləri üzrə əməkdaş;

5. Beynəlxalq əlaqələr üzrə subkomitə: Kargüzarlıq işləri üzrə əməkdaş;

6. Beynəlxalq əlaqələr üzrə subkomitə: PR üzrə əməkdaş;

7. Milli İctimaiyyətlə əlaqələr üzrə subkomitə: Qrafik dizayner;

8. Milli İctimaiyyətlə əlaqələr üzrə subkomitə: Kontent menecer.

Qeyd olunan vakansiyalar üzrə Assosiasiyanın rəsmi saytının müvafiq şöbəsindən (Keçid 1) vəzifə öhdəliklərinə (Keçid 2) uyğun namizədlər müraciət ərizələrini təqdim edə bilərlər.

Keçidlər:

Namizədlər üçün seçim mərhələləri üzrə tarixləri aşağıdakı kimidir:

1. 22.09.2024-30.09.2024 – Namizədlərin vakansiya üzrə müraciət müddəti (27 avqust saat 16:00);

2. 01.09.2024-10.09.2024 – Namizədlərin müraciət ərizələrinə seçim komissiyası tərəfindən baxış və ilkin seçmə (birinci tur);

3. 11.10.2024-20.10.2024 – İkinci tura keçmiş namizədlər üçün müsahibə mərhələsinin keçirilməsi.

Əlaqələndirici şəxs:

Fərid Əliyev / Milli Baş Müvəkkilin müavini

secretary@scout.az

Related Posts

Sertifikasiya nəticələri – 01.09.2024

01 avqust 2024-cü il tarixində Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitəsinin nəzdində yaradılan Liderlərin Sertifikasiyasının aparılması üzrə 1 aylıq müvəqqəti Komissiyasının rəyi ilə Milli Baş Müvəkkilin təqdimatı əsasında…

MİLLİ TƏRƏKƏMƏ DÜŞƏRGƏSİ

“TƏRƏKƏMƏ” Düşərgəsi: Böyükyaşlı skautlar üçün macəra və qədim türk ənənələri ilə milli düşərgə! Tarix: 23-26 avqust 2024Yer: Göygöl rayonu, Xan Yaylağı, Milli Yaylaq Festivalı ərazisihttps://maps.app.goo.gl/3gmVntXMx2an4cSZ8GPS koordinatları: 40.4966833,46.3243223…

Kanderşteq Beynəlxalq Skaut Mərkəzində qısamüddətli könüllülük imkanı

Yaxın günlərdə Kanderşteq Beynəlxalq Skaut Mərkəzində yay 2024 mövsümü üçün qısamüddətli işçi heyəti üzrə vakansiyaya müraciət başlayacaqdır. Müraciətçilər üçün məlumatlar aşağıdakı kimidir: Kanderşteq Beynəlxalq Skaut Mərkəzi  Yay…

Milli Müvəkkillər Şurasına sınaq müddəti olmaqla təyin edilmiş yeni müvəkkillər

Azərbaycan Skautlar Assosiasiyasının 21 avqust 2023-cü il tarixli elanı əsasında Assosiasiyada müxtəlif istiqamətlər üzrə yaranmış müvəkkillik vakansiyalarına maraq göstərmiş, daha öncəki müddətdə də təşkilata təyin olunduqları sahəyə…

Skautumuz Nyu-Yorkda “Transforming Education Summit 2022″də

Azərbaycan Skautlar Assosiasiyasının üzvü Rezida Rzayeva 16, 17, 19 sentyabr trixlərində BMT-nin Nyu Yorkdakı baş ofisində keçirilən “Transforming Education Summit 2022″də iştirak edib. Sammitə o, Azərbaycan Skautlar…

“Juliette Low” Seminarına qeydiyyat başladı – 100 qıza çat!

WAGGGS-ın liderlik simvolu olan “Juliette Low”Seminarında iştirak edib, yüzlərlə qızın inkişaf etməsinə səbəb olmaq istəyirsinizsə, bu proqram sizin üçündür. Müraciət üçün meyarlar:• 18-29 yaş arası;• Yaxşı səviyyədə…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir