“Tee-Pee” Platformasında 500-cü üzvün qeydiyyatı

Əziz skautlar, Azərbaycan Skautlar Assosiasiyasının “Tee-Pee” insan resurslarının idarə edilməsi sistemi 4 gündür skautlarımıza təqdim edilməsinə baxmayaraq artıq 500-cü üzvümüz sistemə dəstə liderinin köməyi ilə giriş edərək burada profilini yaratmışdır!

İl sonunadək pilot layihə olaraq tətbiq ediləcək, 2024-cü ilin əvvəlindən tam istifadəyə veriləcək sistem əvvəlcə Slovakiyada 2016-ci ildə milli skaut təşkilatı üçün yaradılmış, hazırda dünyada müxtəlif ölkələrdə dövlət qurumları, birliklər və digər icmaların üzv idarə etmə sistemi olaraq fəaliyyət göstərir.

Azərbaycan Skautlar Assosiasiyasının indi tətbiq edilən platforma ilə tanışlığı bir neçə il öncəyə təsadüf edir. Bu müddət ərzində sistem administratorları və yerli komandamızla çalışaraq platformanı milliləşdirdik və adaptasiya etdik.

Azərbaycan Skautları üçün xeyirli olsun! ?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir