Uzun müddət üzərində çalışdığımız məqsədə nail olduq!

[AZE]

Scroll down for ENGLISH,

ELAN

Dünya Skaut Komitəsinin qərarı ilə 2000-ci ildən üzv olduğumuz Avrasia Skaut Regionun fəaliyyəti dayandırılaraq, üzv olan ölkələri isə Avropa regionu və Asiya-Sakit Okean Regionuna 1 oktyabr 2023-cu il tarixindən üzv olacaqlar. 2022-ci ildə Azərbaycan, Gürcüstan və Ukrayna milli skaut təşkilatlarının digər regiona keçməsi ilə bağlı məktubları əsasında Dünya Skaut Komitəsi tərəfindən xüsusi kontakt qrup yaradılaraq bu məsələ araşdırılmışdı. Bu məsələdə yanımızda olan və dəstəkləyən Gürcüstan Skaut Hərəkatı Təşkilatını təbrik və təşəkkür edirik.

Azərbaycan skautları üçün bu nə deməkdir?

1. Daha maraqlı proqramlar

2. İkitərəfli və çoxtərəfli region daxili əməkdaşlıqlar

3. Çoxlu regional tədbirlər

və çoxlu çoxlu yeni macəralar.

Azərbaycan Skautlar Assosiasiyası üçün bu nə deməkdir?

1. Daha güclü motivasiya

2. Daha maraqlı və keyfiyyətli regional tədbirlər

3. Daha keyfiyyətli skautinq

4. Daha böyük imkanlar

5. Skautinq haqqında daha böyük təcrübəyə, bilik və bacarıqlara malik olan regional tərəfdaşlar

6. ASA özünü Avropa regionunda daha rahat hiss edəcək

7. Daha güclü regional idarəetmə

Avropa Skaut Regionuna keçid münasibətilə bütün Azərbaycan Skautlarını təbrik edirik!

Yeni DSHT Regional xəritələri ilə tanış ola bilərsiz.

[ENG]

Announcement.

Finally after long efforts and hardworking we achieved our goal. World Scout Committee has taken a decision to phase out Eurasia Scout Region and split member countries between European Scout Region and Asia – Pacific Scout Region effective from 1st of October 2023. World Scout Committee has created a special contact group as an outcome of letters sent by National Scout Organizations of Azerbaijan, Georgia and Ukraine. Special thanks and congratulations to Georgian Organization of Scout Movement which was with us on this path.

What does it mean for Scouts of Azerbaijan?

1. More interesting programmes

2. Bilateral and multilateral partnerships within region

3. Many regional events

And many many new adventures

What does it mean for the Association of Scouts of Azerbaijan?

1. Stronger motivation

2. More interesting and high quality regional events

3. Higher quality scouting

4. More opportunities

5. Regional partners having more experience, knowledge and skills in scouting

6. ASA will fill much more comfortable in European region

Congratulation to all Scouts of Azerbaijan with moving to European Scout Region.

You can see new WOSM Regional maps attached.

Related Posts

Böyükyaşlı üzvümüz Makodoniyada “European Agora” tədbirində iştirak edib

Azərbaycan Skautlar Assosiasiyasının böyükyaşlı üzvü, İctimaiyyətlə əlaqələr sub-komitəsinin əməkdaşı İslam Şükürov Dünya Skaut Hərəkatı Təşkilatının 13-cü “European Agora” beynəlxalq tədbirində iştirak edib. Bu tədbir “Excelscout 2022” tədbiri…

Azərbaycanda ilk dəfə “Wood Badge” beynəlxalq proqram həyata keçirilir

Azərbaycan Respublikası Gənclər Fondunun XV qrant müsabiqəsini qalibi “Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” layihəsi çərçivəsində həyata keçirilən beynəlxalq təlim proqramı sona çatdı. Bu proqram skautların ən…

WoodBadge proqramı Azərbaycanda

Skaut Hərəkatını qurduqdan qısa müddət sonra Robert Baden-Pauell lider hazırlığına ehtiyac olduğunu gördü. İlkin Skautmaster təlim düşərgələri London və İngiltərənin şimalında yerləşən Yorkşire’də təşkil edildi. Baden-Pauell düşərgə…

Skautlar Qarabağda!

IDEA-nın təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati və Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin işğaldan azad olunmuş ərazilərin ekoloji qiymətləndirilməsində iştirakı” layihəsi çərçivəsində gənclər…

“Wood Badge” nədir və niyə əhəmiyyətlidir?

İki il əvvəl ABŞ-ın Qərbi Virciniya ştatında dünyanın ən böyük düşərgəsi – Jamboree2019-da Azərbaycan Skautları üçün çox əhəmiyyətli və fəxrli hadisə baş verdi. Skautinq sahəsində aktiv böyükyaşlı…

WoodBadge təlimi ilk dəfə Azərbaycanda!

Wood Badge proqramı iştirakçılara Skaut bacarıqlarından daha çox Liderlik bacarıqlarını öyrənmək və inkişaf etdirməkdən ibarətdir. Bu bacarıqlar Skautinqlə yanaşı həyatın bütün sahələrində istifadə edilə bilən bacarıqlardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir