Şuşada ilk çadır düşərgəsini skautlar qurub

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən Şuşa şəhərində avqustun 8-dən 14-dək yuxarı yaşlı skautlar üçün “Wonderland Shusha, Azerbaijan” beynəlxalq skaut düşərgəsi həyata keçirildi.

Şuşaya ilk addımlarını “Zəfər Yürüşü” ilə atan skautlarımız Qarabağda ilk düşərgəsində Türkiyə, Polşa, Ukrayna, Macarıstan, Gürcüstan, Misir və Moldovadan 20 skautun da iştirak edib. Bununla da Wonderland Shusha 2022 düşərgəsi skautların Qarabağda ilk düşərgəsi kimi tarixə düşüb.

Beynəlxalq düşərgənin əsas məqsədi şanlı zəfərimizin Şuşa təntənəsinin şahidi olmaq, gənc skautların xüsusi bacarıqlara yiyələnmələri üçün xüsusi təlimlər təşkil etmək, “Şuşa ili” çərçivəsində yerli və xarici skautların iştiraki ilə sosial layihələri həyata keçirməkdir.

Ümumilikdə 150 nəfərin iştirak etdiyi düşərgənin ilk günü skautlarımız öz çadırlarını qurduqdan sonra təhlükəsizlik qaydaları ilə danış olub “zərərdən müdafiə” təlimini keçiblər. Daha sonra Şuşa şəhərinin ecazkar təbiəti və tarixi ilə yaxından tanış olublar.

Proqramı humanitar istiqamətdə qurulan bir həftəlik düşərgənin növbəti günlərində Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “İlk yardım”, Konflikt jurnalistikası məktəbi tərəfindən “Ekstrimal jurnalistika” və “Sosial şəbəkələrdən doğru istifadə etmə”, Fövqəladə Hallar Nazirliyini tərəfindən “Təməl yanğından mühafizə”, “Alpinizm alətlərindən istifadə”, “Çətin şəraitlərdə yaralıların təxliyyəsi”, Müdafiə Nazirliyini Xüsusi Təyinatlı Qüvvələri tərəfindən “Ekstrimal hallarda sağ qalma və qidalanma”, “Əldə olan vasitələrlə gecə və gündüz səmti müəyyənetmə”, Aselsan Bakü şirkəti tərəfindən “Simsiz radio rabitə sistemlərindən itsifadə” və s. təlimlər baş tutub daha sonra öyrəndiklərini tətbiq etmək məqsədi ilə onlar üçün ssenariləşdirilmiş simulasiya hayata keçirilmişdir.

Düşərgə müddətində skautlar Şuşa şəhər mərkəzini tullantılardan tamizlənməsi, Tut bağındakı ağacların əhənglənməsi, cıdır düzünün təmizlənməsi və s. kimi sosial aksiyalar da həyata keçiriblər.

Hər günü sonunda düşərgə tonqalı ətrafına toplaşan skautlar öz yaradıcılıq bacarıqlarını nümayiş etdirərək günü pozitiv abu hava ilə sonlandırırlar.

Related Posts

Azərbaycan Skautlar Assosiasiyası “Sülh” Skaut Düşərgəsini elan edir.

2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq “Sülh” Skaut Düşərgəsi sizi gözləyir! Azərbaycanın gözəl bölgələrindən biri olan Xaçmaz…

Şamaxıda məktəblilər üçün 3 günlük skaut düşərgəsi təşkil olundu

Liderlik, dostluq və həyat bacarıqları ilə zəngin 3 günlük düşərgə Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə innovasiyalar üzrə VIII qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olan…

Göygöldə “Parlayan Cəngavərlər” layihəsi çərçivəsində 3 günlük yay düşərgəsi keçirildi

Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 8-ci qrant müsabiqəsinin qalibi olan “Parlayan Cəngavərlər” layihəsi çərçivəsində Göygöl rayonunun Köşkü kəndində 3 günlük möhtəşəm yay düşərgəsi…

Xaçmazda məktəblilər üçün qeyri-formal təhsilə əsaslanan yay düşərgəsi təşkil olundu

Xaçmaz rayonunda “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi çərçivəsində məktəblilər üçün yay düşərgəsi təşkil edilib. Düşərgə Samur-Yalama Milli Parkının füsunkar təbiəti qoynunda baş tutub. Düşərgə…

Gənclər və İdman Naziri beynəlxalq skaut təşkilatının nümayəndələri ilə görüş keçirdi

Mayın 26-da gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan DSHT Avropa Regional Skaut Komitəsinin sədri Mattias Gerzi və Dünya Skaut Bürosunun Strateji koordinasiya və təşkilati…

Skautların Ekstrimal düşərgəsi

DÜŞƏRGƏNİN PROQRAMI: İŞÇİ HEYƏT: SƏNƏDLƏR: TOPLAŞMA HAQQINDA MƏLUMAT: (xəritədə bax) DÜŞƏRGƏDƏ SCOUT SHOP OLACAQ!!! Biz çox sevincliyik ki, bu qış düşərgə zamanı scout shop açılacaq. Burada bütün…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir