20 Yanvar Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda göstərdiyi iradənin, birlik və fədakarlığın simvoludur.

Bu gün Azərbaycan Skautları olaraq Şəhidlər xiyabanını ziyarət etdik. Eyni zamanda bölgələrdə fəaliyyət göstərən skaut dəstələrimiz də öz bölgələrindəki Şəhidlər xiyabanlarını ziyarət edərək Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini dərin ehtiramla andılar.

Anım tədbirində Azərbaycan Skautlar Assosiasiyasının İdarə Heyəti üzvləri ilə yanaşı, səyyah, cəngavər və mauqli yaş qruplarına aid skaut dəstələri də iştirak etdilər. Bu ziyarət gənc nəsildə vətənpərvərlik ruhunun, tarixi yaddaşın və milli dəyərlərə hörmətin formalaşmasına xidmət edir.
Şəhidlərimizi unutmuruq.
Onların azadlıq yolunda qoyduğu iz bizim yolumuzdur.


