2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq “Sülh” Skaut Düşərgəsi sizi gözləyir! Azərbaycanın gözəl bölgələrindən biri olan Xaçmaz rayonu Samur-Yalama Milli Parkın ərazisində keçiriləcək bu düşərgə, yay tətilinizi unudulmaz edəcək.
Tarix: 24-28 avqust 2025
Məkan: Xaçmaz rayonu, Samur-Yalama Milli Parkı
Kimlər iştirak edə bilər?
– 10–17 yaş arası bütün skautlar.
– 18 yaşdan yuxarı könüllü skautlar.
Yaşayış: Çadırlarda
Fəaliyyətlər:
–
Səmti müəyyən etmə
–
Atçılıq
–
Atıcılıq
–
Oxatma
–
Maneələr zolağı
–
Haykinq.
–
İdman oyunları
–
Ekstremal gecələmə
–
Beynəlxalq təlimlər və fəaliyyətlər
–
Və digər macəra dolu proqramlar
Düşərgə haqqı:
– 120 AZN – ASA-nın mövcud üzvləri üçün;
Eyni ailədən 2 və daha çox şəxs iştirak etdiyi halda ödəniş 100 AZN təşkil edəcək (15 avqust 2024 tarixinədək ödənişlə iştirak təsdiqi halında).
Qeydiyyat:
– Skautlar qrup və ya dəstə liderləri ilə əlaqə saxlasınlar.
Son müraciət tarixi: 17 avqust 2025
– Əlavə məlumat üçün: – Aysel Mirzəbəyli (+994 996 05 50 05)
– Böyük yaşlı skautlar üçün əlaqə – Alim Qasımlı (+994 70 522 38 24)
Hazır olun və bu yay “Sülh” Skaut Düşərgəsində bizə qoşulun!
Xaçmazın füsunkar təbiətində əsl macəra, öyrənmə və dostluq sizi gözləyir!
Qeyd 1: İştirak edən şəxslər Tee Pee sistemində üzv olmalıdılar.
Qeyd 2: Nəqliyyat ödənişə daxil deyil.
