1–4 iyul tarixlərində Qəbələ şəhərində keçirilmiş “Qəbələ – MDB-nin 2025-ci il Gənclər Paytaxtı: Müxtəlifliyin və Birliyin Təntənəsi” adlı beynəlxalq tədbirdə Azərbaycan Skautlar Assosiasiyasının Beynəlxalq Fəaliyyətlər üzrə Sub-komitəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Aysu Məmmədova iştirak etmişdir.
Tədbir çərçivəsində Aysu Məmmədova MDB ölkələrinin gənclər təşkilatları ilə əməkdaşlıq imkanlarını müzakirə etmiş, tematik təlimlərdə, panel müzakirələrdə və innovativ təşəbbüslərlə zəngin proqramda fəal iştirak etmişdir.
O, Azərbaycan Skautlar Assosiasiyasını beynəlxalq platformada uğurla təmsil edərək, təşkilatın fəaliyyəti haqqında məlumat vermiş və yeni tərəfdaşlıqlar üçün əhəmiyyətli əlaqələr qurmuşdur.
Eyni zamanda Aysu Məmmədova ölkənin 33 Gənclər Evi nümayəndəsi ilə görüşərək birgə layihələrin hazırlanması istiqamətində əməkdaşlıq etmişdir. Bu qarşılıqlı əlaqələr yeni ideyaların formalaşmasına və gələcək ortaq təşəbbüslərin əsasının qoyulmasına zəmin yaratmışdır.







