Azərbaycan Skautları “Türk İzci Toyu”nda!

6–15 iyul 2025-ci il tarixlərində İstanbulun Beykoz bölgəsində yerləşən Türkiyə İzcilik Federasiyasının Düşərgə və Təlim Mərkəzində təşkil olunan “Türk İzci Toyu – Turkic Scout Jamboree” adlı beynəlxalq izcilik toplantısında Azərbaycan Skautlar Assosiasiyası (ASA) ölkəmizi təmsil edir!

🌍 25-dən çox ölkədən skautların qatıldığı bu möhtəşəm düşərgənin əsas məqsədi türk və qardaş xalqlardan olan izcilər arasında dostluq əlaqələrini möhkəmləndirmək, mədəni mübadilə aparmaq və ortaq dəyərlər ətrafında bir araya gəlməkdir. 🇦🇿🇹🇷🇲🇰🇧🇦🇵🇰🇫🇷🇲🇾 və digər ölkələr bu böyük skaut bayramında təmsil olunur.

👥 ASA heyəti tədbir çərçivəsində müxtəlif təlimlərdə, mədəniyyət və yaradıcılıq fəaliyyətlərində iştirak edir, milli dəyərlərimizi tanıdır və Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edir.

📸 Növbəti paylaşımlarımızda bu düşərgədən görüntüləri, ASA-nın çıxışlarını, fəaliyyətdəki anlarını və maraqlı təəssüratlarını sizinlə bölüşəcəyik.

🔗 Belə bir beynəlxalq skaut tədbirində iştirak bizim üçün həm məsuliyyət, həm də böyük qürurdur!

Related Posts

Türk İzci Toyu – Turkic Scout Jamboree 2025: Xatirələrlə dolu anlar!

10 gün ərzində İstanbulun Beykoz bölgəsində təşkil olunan bu beynəlxalq skaut düşərgəsi 20-dən çox ölkədən yüzlərlə skautu bir araya gətirdi. Bu görüşdə iştirak edənlər skaut ruhunu, mədəniyyətlərini…

Türk İzci Toyu – Turkic Scout Jamboree çərçivəsində skautlar üçün ebru sənəti üzrə yaradıcı təlim təşkil olunub.

Türk İzci Toyu – Turkic Scout Jamboree çərçivəsində qız skautlar üçün biləklik hazırlama təlimindən maraqlı anlar.

Türk İzci Toyu – Turkic Scout Jamboree: Mədəniyyət Günü

Bu gün düşərgədə bütün iştirakçı ölkələrin skautları milli mədəniyyətlərini nümayiş etdirib və unudulmaz anlar yaşanıb. Azərbaycan Skautları fəal şəkildə mədəniyyət günündə iştirak ediblər. Xüsusi qonaq kimi tədbirdə…

Türk İzci Toyu – Turkic Scout Jamboree: Üçüncü gün

Bu gün düşərgədə skautlar üçün maraqlı və faydalı fəaliyyətlər təşkil olunub. İstiqamət təyini (yön tapma) üzrə keçirilən təlimdə skautlar kompasdan, xəritədən istifadə, təbii əlamətlərlə istiqamətin müəyyənləşdirilməsi və…

Azərbaycan Skautları kamp odunun ətrafında – Turkic Scout Jamboree

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir