Şamaxıda məktəblilər üçün 3 günlük skaut düşərgəsi təşkil olundu

Liderlik, dostluq və həyat bacarıqları ilə zəngin 3 günlük düşərgə

Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə innovasiyalar üzrə VIII qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olan “Skautinq: şagirdlərin həyat tərzi kimi” layihəsi çərçivəsində Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı ilə Şamaxı Olimpiya İdman Kompleksində üç günlük unudulmaz skaut düşərgəsi təşkil olundu.

Düşərgədə Bakı şəhəri 217 nömrəli tam orta məktəbin seçilmiş mauqli yaş qruplu 30 şagirdi, layihə rəhbəri Aynur İbrahimova, skaut təlimçiləri Rüqayə Məmmədova, Aygün Rəşidova, İslam Şükürov və s iştirak etdilər. Skautlar 3 gün müddətində 6 patrula bölünərək düşərgənin idarəsində, tapşırıqların yerinə yetirilməsində və fəaliyyətlərin təşkili prosesində fəal rol aldılar.

Proqram boyunca skautlara “Duyğuların buzdağı” və “Səmti müəyyən etmə və istiqamət nişanları” mövzularında həm nəzəri, həm də praktik təlimlər keçirildi. İştirakçılar komanda oyunları, idman yarışları və strategiyaya əsaslanan tapşırıqlarda bacarıqlarını göstərdilər.

Axşam saatlarında isə tongal ətrafında skautların bədii çıxışları düşərgəyə xüsusi ruh qatdı. Patrullar öz səhnəcikləri, parodiyaları, musiqi və rəqsləri ilə əsl bayram əhval-ruhiyyəsi yaratdılar. Açıq hava şəraitində təşkil olunan pikniklər və Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi, M.Ə.Sabirin ev muzeyinə ekskursiyalar uşaqların həm öyrənməsinə, həm də əylənməsinə şərait yaratdı.

Düşərgənin sonunda fəal və məsuliyyətli skautlar xüsusi olaraq təltif olundular. Skautlar bu düşərgədə yalnız iştirakçı deyil, eyni zamanda təşəbbüskar, lider və təşkilatçı kimi yetişdilər.

Layihənin rəhbəri – Bakı şəhəri 217 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aynur İbrahimovadır.

Layihənin məqsədi — şagirdlərin həyat bacarıqlarını inkişaf etdirmək, onları liderliyə, birgəyaşayış mədəniyyətinə və vətənə faydalı fərd kimi formalaşdırmaqdır.

Related Posts

Azərbaycan Skautlar Assosiasiyası “Sülh” Skaut Düşərgəsini elan edir.

2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq “Sülh” Skaut Düşərgəsi sizi gözləyir! Azərbaycanın gözəl bölgələrindən biri olan Xaçmaz…

Göygöldə “Parlayan Cəngavərlər” layihəsi çərçivəsində 3 günlük yay düşərgəsi keçirildi

Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 8-ci qrant müsabiqəsinin qalibi olan “Parlayan Cəngavərlər” layihəsi çərçivəsində Göygöl rayonunun Köşkü kəndində 3 günlük möhtəşəm yay düşərgəsi…

Xaçmazda məktəblilər üçün qeyri-formal təhsilə əsaslanan yay düşərgəsi təşkil olundu

Xaçmaz rayonunda “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi çərçivəsində məktəblilər üçün yay düşərgəsi təşkil edilib. Düşərgə Samur-Yalama Milli Parkının füsunkar təbiəti qoynunda baş tutub. Düşərgə…

Skautların Ekstrimal düşərgəsi

DÜŞƏRGƏNİN PROQRAMI: İŞÇİ HEYƏT: SƏNƏDLƏR: TOPLAŞMA HAQQINDA MƏLUMAT: (xəritədə bax) DÜŞƏRGƏDƏ SCOUT SHOP OLACAQ!!! Biz çox sevincliyik ki, bu qış düşərgə zamanı scout shop açılacaq. Burada bütün…

“Qış nağılı” düşərgəsi

Azərbaycan Skautlar Assosiasiyasının və “Forest Education Azerbaijan” qeyri-formal təhsil birliyinin təşkilatçılığı ilə Qəbələ rayonunun Nic qəsəbəsində “Qış nağılı” adlı düşərgə təşkil edilir! ? ?? 2024-cü ilin ilk…

“SummerProgram” növbəti düşərgəsini elan edir

Bu payız tətilini həqiqətən yaddaqalan etməyə hazırsınız? “SummerProgram” növbəti düşərgəsini elan edir. Hər gün kəşf, öyrənmək və əyləncə üçün yeni fürsət olan #AdventureCamp bu dəfə sizi #AdventurePayız…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir