Xaçmaz rayonunda “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi çərçivəsində məktəblilər üçün yay düşərgəsi təşkil edilib.
Düşərgə Samur-Yalama Milli Parkının füsunkar təbiəti qoynunda baş tutub. ![]()
Düşərgə müddətində iştirakçılar skautinq, ekoloji biliklər
, komanda quruculuğu
və şəxsi inkişaf
mövzularında təlimlərdə iştirak ediblər. Təlimlər məktəblilərə bilik və bacarıqlarını artırmaq, onları liderlik
, məsuliyyət və ətraf mühitə hörmət prinsipləri əsasında inkişaf etdirmək məqsədi daşıyıb.
Bundan əlavə, düşərgə proqramına haykinq
, komanda oyunları və əyləncəli fəaliyyətlər
də daxil edilib ki, bu da uşaqların fiziki və sosial inkişafına töhfə verib.
Qeyd edək ki, “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi Xaçmaz rayonunun Cığatay kənd ibtidai məktəbinin sinif müəllimi Vəfa Musayeva tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi məktəblilərə qeyri-formal təhsil metodları ilə yeni bilik və bacarıqlar aşılamaq, onları daha fəal, təşəbbüskar və ekoloji şüura malik vətəndaşlar kimi formalaşdırmaqdır.










