Gəncə məktəbliləri üçün “Skaut klubları” layihəsi çərçivəsində yay düşərgəsi keçirildi

“Skaut klubları Gəncə məktəblərində” layihəsi çərçivəsində 3 günlük yay düşərgəsi keçirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “Skaut klubları Gəncə məktəblərində” layihəsi çərçivəsində təlimlər və ekskursiyalardan sonra 3 günlük yay düşərgəsi təşkil olunub.

Düşərgə Göygöl şəhəri, Köşkü kəndinin ərazisində baş tutub. Təbii və sakit mühitdə keçirilən bu düşərgə şagirdlərə həm əyləncəli, həm də öyrədici bir təcrübə yaşadıb.

07-09 iyun tarixlərində keçirilən düşərgə müddətində şagirdlər “dağda yürüş”, “haykinq”, komanda oyunları və digər praktiki fəaliyyətlərlə məşğul olub, müxtəlif bacarıqları formalaşdıran təlimlərə cəlb ediliblər. Bu proses onların fiziki hazırlığı ilə yanaşı, sosial bacarıqlarının, liderlik və əməkdaşlıq qabiliyyətlərinin inkişafına da böyük töhfə verib.

Qeyd edək ki, “Skaut klubları Gəncə məktəblərində” layihəsi Gəncə şəhər Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin direktor müavini Rza Ələsgərov tərəfindən həyata keçirilir. Layihə çərçivəsində məktəbin seçilmiş 5–8-ci sinif şagirdləri ilə silsilə təlimlər, maarifləndirici ekskursiyalar və yay düşərgəsi təşkil olunub.

Related Posts

Xaçmazda məktəblilər üçün qeyri-formal təhsilə əsaslanan yay düşərgəsi təşkil olundu

Xaçmaz rayonunda “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi çərçivəsində məktəblilər üçün yay düşərgəsi təşkil edilib. Düşərgə Samur-Yalama Milli Parkının füsunkar təbiəti qoynunda baş tutub. Düşərgə…

VIII qrant müsabiqəsinin qalibi layihə çərçivəsində məktəblilər üçün yay düşərgəsi baş tutdu

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “Qeyri-formal Təhsilin Təşviqi üçün Dərsdənkənar Fəaliyyətlərdə Skautinq Töhfəsi” layihəsi çərçivəsində üçgünlük…

Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsinin qalibi olduq!

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb. Qaliblərdən biri də Azərbaycan Skautlar Assosiasiyası tərəfindən təqdim edilmiş “Ümumtəhsil məktəblərində skaut…

“Turan Skautları” layihəsi qrant müsabiqənin qalibi olub

Gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqənin nəticələri elan edilib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən, gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir