“Səyyah skautların liderlik potensiallarının aşkarlanması və inkişafı” layihəsi səyyahların liderlik potensiallarını aşkarlamağı, onları liderlik kursu üçün yetişdirilməsini qarşısına məqsəd qoyur. Təlim proqramı bu gənclərin liderlik bacarıqlarını inkişaf etdirmələri və onların liderlik ruhunu daha da gücləndirmələri üçün əhəmiyyətli bacarıqları öyrətməyi hədəfləyir.
Azərbaycan Skautlar Assosiasiyasının tərəfdaşlığı ilə keçiriləcək təməl liderlik kursu çərçivəsində Səyyah skaut lideri olmaq istəyən gənclərin effektiv kommunikasiya, qrup idarəetmə və problem həll bacarıqları kimi əsas liderlik bacarıqlarını inkişaf etdirəcəklər. ASA-MTP011-STM24-1 nömrəli təlim ASA-nın Milli Təlim Proqramının Skaut Təkmilləşdirmə Məktəbi çərçivəsində təcrübəni artırmaq və gənclərin fəaliyyətləri əsasında öyrənməyini təmin etmək üçün interaktiv və təcrübəvi metodlara əsaslanacaq.
Qeyd edək ki, təlim Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2023” fərdi qrant müsabiqəsi çərçivəsində qalib olmuş eyniadlı layihə çərçivəsində 27-29 sentyabr tarixlərində 3 gün müddətində Bakı şəhərində həyata keçiriləcəkdir.
Təlimi uğurla başa vurmuş iştirakçılar həm ASA tərəfindən keçiriləcək növbəti liderlik təlimlərinə müraciət və seçim zamanı üstünlük əldə edəcək, həm də davamedici fəaliyyətlər icra edəcəklər.
Layihədə iştirak üçün müraciət etmək istəyənlər aşağıdakı linkə keçid edərək elektron ərizələrini tamamlamalıdırlar: