SƏYYAHLAR BÖLMƏSİNİN İŞÇİ QRUPU YARADILIR

Azərbaycan Skautlar Assosiasiyasının Milli Gənclər Proqramının Səyyahlar bölməsinin icrası məqsədilə təşkilatın bu sahədə fəaliyyət göstərən üzvlərindən ibarət işçi qrupun yaradılması prosesinə başlanılmışdır. İşçi qrupun məqsədi aşağıdakı alt qruplarla müəyyən edilmiş tarixə qədər öncədən müəyyən edilmiş hədəflərə çatmaqdır. Səyyahlar bölməsinin tam tərcüməsi, ASA-nın profilinə uyğunlaşdırılması – adaptasiyası, liderlər üçün kitab şəklində tərtibatı və səyyah yaş qrupu üzrə dəstələrdə icrası əsas hədəflərdir. İşçi qrupa fəaliyyət göstərəcək aşağıdakı alt-qruplar üzrə müraciət edə bilərsiniz:

  • Əsas beyin qrupu;
  • Periferik qrup;
  • Araşdırma qrupu;
  • İnformasiya Texnologiyaları üzrə qrup;
  • Mətbəə işlərinə dəstək qrupu.

Məlumat üçün bildirək ki, Azərbaycan Skautlar Assosiasiyasında səyyah dəstələri 18-22 yaş arası gəncləri qəbul edir. Müraciət zamanı heç bir skautinq təcrübəsinə ehtiyac yoxdur, lakin dəstələrdə olan macəraçı insanlar və onların adrenalinlə dolu sərgüzəştləri ilə ayaqlaşmalısınız!
Səyyahlar dəstələri “Ekipaj” kimi tanınır. Hər bir səyyah ekipajı fərqlidir, 30-dək üzv sayı ola bilir. Dəstələr həftədə bir dəfə görüşür. Dəstənin fəaliyyəti səyyah skautlarının özləri tərəfindən planlaşdırılır və idarə olunur – bu o deməkdir ki, onlar üzvlərin tələblərinə və maraqlarına uyğunlaşdırılıb.

Səyyah skautların öyrənmə metodları, kompetensiyaların beynəlxalq standartlara uyğunlaşdırılması, Səyyahlar bölməsinin tam icrası üçün fəaliyyət göstərəcək işçi qrupa müraciət 20 noyabr 2022-ci il tarixində, saat 21:30-da bitir.

MÜRACİƏT ETMƏK ÜÇÜN ƏRİZƏ FORMASI: (UPDATE – Müraciət bitmişdir.)

SƏYYAH İŞÇİ QRUPU (#18)

Related Posts

“DƏYİŞİM” adlı təlim-seminar baş tutacaq

18 dekabr 2022-ci il tarixində, saat 12:00-da ASA-nın baş ofisində səyyahların tədris proqramı üzrə gənc alim, fəlsəfə doktoru Fərid SEYFULLAYEV tərəfindən “Dəyişim” adlı təlim-seminar baş tutacaqdır. Təlim…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir