Milli Təlim Proqramının liderlik kurslarına start verilib

Azərbaycan Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olmuş “Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” layihəsi çərçivəsində həyata keçirilən Azərbaycan Skautlarının Milli Təlim Proqramının liderlik kurslarına start verilib.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin də dəstəyi ilə baş tutan layihənin əsas məqsədi yeni skaut liderlərinin yetişdirilməsi, onların liderlik bacarıqlarının ortaya çıxarılması, skaut metodları və patrul təcrübəsini yaşatmaq, eyni zamanda skaut liderlərimizin peşəkar səviyyədə həyata keçirilən beynəlxalq liderlik kursunda iştirakını təmin etməkdir.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, ABŞ və Türkiyə skautmasterləri və Azərbaycan Skautlar Assosiasiyasının rəsmiləri öz növbələrində skautinqin gənclərə və ətraf mühitə verdiyi faydaları bir daha xatırladıb, daha uğurlu lider olmaqda praktiki liderlik təlimlərinin önəmini vurğulayaraq layihə iştirakçılarına uğurlar arzu ediblər.

Related Posts

Azərbaycan Skautlar Assosiasiyası “Sülh” Skaut Düşərgəsini elan edir.

2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq “Sülh” Skaut Düşərgəsi sizi gözləyir! Azərbaycanın gözəl bölgələrindən biri olan Xaçmaz…

Milli Təlim Proqramı çərçivəsində yeni təlim uğurla baş tutdu!

Azərbaycan Skautlar Assosiasiyası MTP çərçivəsində “Təhlükəsizlik və Beynəlxalq Təmsilçilik” mövzusunda ASA-MTP011-TBT25-1 nömrəli təlimi həyata keçirdi. Təlim lider və nümayəndələrin beynəlxalq arenada daha səlis və etibarlı təmsilçiliyini gücləndirməyə…

Şamaxıda məktəblilər üçün 3 günlük skaut düşərgəsi təşkil olundu

Liderlik, dostluq və həyat bacarıqları ilə zəngin 3 günlük düşərgə Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə innovasiyalar üzrə VIII qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olan…

Göygöldə “Parlayan Cəngavərlər” layihəsi çərçivəsində 3 günlük yay düşərgəsi keçirildi

Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 8-ci qrant müsabiqəsinin qalibi olan “Parlayan Cəngavərlər” layihəsi çərçivəsində Göygöl rayonunun Köşkü kəndində 3 günlük möhtəşəm yay düşərgəsi…

Xaçmazda məktəblilər üçün qeyri-formal təhsilə əsaslanan yay düşərgəsi təşkil olundu

Xaçmaz rayonunda “Skaut Məktəblilərinin Qeyri-Formal Təhsilə Əsaslanan Yay Məktəbi” layihəsi çərçivəsində məktəblilər üçün yay düşərgəsi təşkil edilib. Düşərgə Samur-Yalama Milli Parkının füsunkar təbiəti qoynunda baş tutub. Düşərgə…

Gənclər və İdman Naziri beynəlxalq skaut təşkilatının nümayəndələri ilə görüş keçirdi

Mayın 26-da gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan DSHT Avropa Regional Skaut Komitəsinin sədri Mattias Gerzi və Dünya Skaut Bürosunun Strateji koordinasiya və təşkilati…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir