Gənclər və idman naziri skautlarla görüşüb

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov dekabrın 28-də skautların Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil edilmiş tədbirində iştirak edib.

Əvvəlcə Azərbaycan Skautlar Assosiasiyasının ofisi, “CrosfitScout” idman zalı ilə tanış olub. Assosiasiyanın sədri Emin Babayev və məsləhətçisi İlyas İsmayıllı təşkilatın fəaliyyəti, layihələri, beynəlxalq əməkdaşlıq və gələcək hədəfləri barədə, həmçinin gənclər üçün təqdim etdilən xidmətlər, qış və yay düşərgələri, hər həftə qruplar üzrə keçirilən görüşlər və təlimlər barədə məlumat veriblər.

Sonra nazir skautlarla söhbət edib, skaut tonqalı ətrafında gənclərin təklif və ideyalarını dinləyib. Assosiasiyanın gələcək fəaliyyətinə uğurlar arzulayaraq birgə əməkdaşlığa dair fikirlərini bildirib. Fərid Qayıbov sonda skautları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.

Görüşdə nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev və Kadr hazırlığı sektorunun baş məsləhətçisi Ramil Cabbarov da iştirak ediblər.

Related Posts

“Düşərgə quruculuğu” və “Yanğın təhlükəsizliyi” mövzularında praktiki təlimlər həyata keçirilib.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Quba rayonunda həyata keçirdiyi “İdman Festivalı 2023” çərçivəsində Azərbaycan Skautları gənc idmançılara “Düşərgə quruculuğu” və @sarusazerbaijan tərəfindən “Yanğın təhlükəsizliyi” mövzularında praktiki…

Gənclər Təşkilatları üçün 17-ci Qrant Müsabiqəsinin nəticələri elan olundu.

Gənclər Təşkilatları üçün 17-ci Qrant Müsabiqəsinin nəticələri elan olundu. Azərbaycan Skautlar Assosiasiyasının “Azərbaycan Skautlarının Liderlik Kursu” layihəsi də qalib layihələr sırasındadır. Nəticələrlə aşağıdakı linkdən tanış ola bilərsiniz:…

WOSM və WAGGGS Sizi Akademiya 2023 tədbirinə qoşulmağa dəvət edir!

Bu il tədbir 14-19 noyabr Wiesbaden, Almaniyada baş tutacaq. Təşkilatda xüsusilə qərarverici və icraedici rolda olan böyükyaşlı üzvlər üçün nəzərdə tutulan bu tədbirdə iştirakçılıq aşağıdakı kriteriyalar əsasında…

Gənclər və idman naziri Fərid Qayıbov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

Sentyabrın 12-də gənclər və idman naziri Fərid Qayıbov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Azərbaycan Skautlar Assosiasiyasının sədri İlyas İsmayıllı və Arzu Tairquliyeva-Nağıyeva ilə Mentorluq proqramı çərçivəsində görüş keçirib….

Dünya Skautlarının 25-ci Camborisində iştirak etmiş Azərbaycan Skautlar Assosiasiyasının üzvləri gənclər və idman naziri Fərid Qayıbov ilə görüşüb

Gəncləri salamlayan nazir onları öz sahələrində qazandıqları uğurlar münasibətilə təbrik edib və iştirak etdikləri tədbir barədə fikir mübadiləsi aparıb. Cənubi Koreyada baş tutan qlobal, mötəbər tədbirdə ştirak…

QHT-lərin II İnkişaf və Mübadilə Proqramı

Naftalan şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “QHT-lərin II İnkişaf və Mübadilə Proqramı” keçirilir. Tədbirdə Assosiasiyamızın Dəstə lideri Günay lider iştirak edir. Post…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir