Bu gün Laçın Günüdür!

Azərbaycan Skautlar Assosiasiyasının loqotipini Xəqani Məmmədov 2018-ci ildə ərsəyə gətirərkən Qarabağ xalçaçılıq məktəbinə aid edilən Qasımuşağı xalçasının çeşnisindəki ornamentdən istifadə etmişdir.

Qarabağ tipinin Cəbrayıl qrupuna “Qasımuşağı” xalçasının adı Qarabağın dağlıq hissəsində (indiki Laçın rayonunda) yaşayan Qasımuşağı tayfasının adı ilə bağlıdır. Bu xalçanın əsas elementləri – mərkəzi göl və bu göldən yuxarı və aşağı istiqamətdə uzanan S-vari “ağ qol”lardır. Elə bu səbəbdən onu “Ağ qol” xalça da adlandırmışlar. Bu qolların daxilində stilizə olunmuş əjdaha təsviri verilmiş, buna görə də bəzi tədqiqatçılar onu “Əjdahalı” xalça qrupuna aid edirlər. Doldurucu elementlər kimi həndəsi, nəbati, zoomorf və damğa tipli naxışlardan istifadə olunub.

* * * ENGLISH * * *

Azerbaijan marks August 26 as Lachin City Day!🇦🇿

When Khagani Mammadov created the logo of the Association of Scouts of Azerbaijan in 2018, he used the ornament from the pattern of the Kasimushaghi carpet belonging to the Karabakh carpet weaving school.

The name of the Gasimushagi carpet of the Jabrail group, Karabakh type is associated with the same name tribe, who lived in the mountainous part of Karabakh (now Lachin district).

The key elements of its design consist of a central medallion and the S-shaped bottom-up white sleeves (ağ qol). It was also called the White Sleeves (Ağ qol) carpet. A stylized dragon adorns these sleeves, hence some researchers attribute it to the Dragon carpets.​ Geometric, vegetative, zoomorphic, and​ tamga​ components are used as auxiliary elements.

Related Posts

1000 illik qardaşım, 100 illik Cümhuriyyətin mübarək!

Post Views: 82

Beynəlxalq Müəllimlər Gününü təbrik edirik

Səhvlərimizlə bizi qəbul edən və incə toxunuşlar edərək onları düzəldən, həyatımız boyu minnətdar olduğumuz müəllimlərimizin 5 oktyabr — Beynəlxalq Müəllimlər Gününü təbrik edirik! Ölkədə skautinqin təşviqi və…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir