VAHİDLƏŞDİRİLMİŞ TƏLİMÇİLƏR BAZASI YARADILIB

Azərbaycan Skautlar Assosaisiyasının Milli Gənclər Proqramı və Milli Təlim Proqramı çərçivəsində tədris, fəaliyyət sahələri üzrə təlim kurslarından keçmiş, ASA-nın fəaliyyətinə dəstək vermək istəyən qeyri-skaut təlimçilərin məlumat bazası – Vahidləşdirilmiş Təlimçilər Bazası (VTB) yaradılmışdır:

Verilənlər bazası ASA daxili fəaliyyətlərdə və digər müvafiq maraqlı tərəflərə təlim keçirən təlimçi axtarmağa və ya müdavimin əldə edilmiş ixtisas və sertifikatlarını yoxlamağa kömək edir. Ən yaxşı sertifikatlı mütəxəssislərin reyestri kimi verilənlər bazası həm də skaut hərəkatında ekspertlərin ixtisaslarının qiymətləndirilməsi və müqayisəsi üçün istinad alətinə çevriləcəkdir!

Skaut təlimçilərinin və ustadlarının təlimçilik təcrübəssindən yararlanmaq istəyənhəm skaut və qeyri-skaut icmaları da bazadan istifadə edə bilər. Bunun üçün həm təlimçinin fərdi əlaqə vasitələri ilə, həm də trainings@scout.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Related Posts

Təlimçilər Bazasına müraciət başladı!

Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində tədris, fəaliyyət sahələri üzrə təlimçilər və ASA-nın üzvü olmayan, digər sahələr üzrə sertifikatlı təlimçilərin məlumat bazası – Vahidləşdirilmiş Təlimçilər Bazası…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir