HACIKƏNDDƏ KEÇİRİLƏN “XƏMSƏ” DÜŞƏRGƏSİ YEKUNLAŞIB

“Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı, Gəncə Gənclər evi SMX-nin dəstəyi ilə Gəncədə Hacıkənd qəsəbəsində baş tutan “Xəmsə” macəralı yay düşərgəsi uğurla yekunlaşmışdır.

Düşərgənin ikinci günü müxtəlif təlimlər skautlara tədris edilmişdir ki, bu da onların fiziki, psixoloji, emosional, sosial, əqli və karakter inkişafının təmin olunmasına kömək etmişdir.

Düşərgə tonqalı ətrafında skautlar müxtəlif fəaliyyətlər həyata keçirərək öz asudə vaxtlarını səmərəli, əyləncəli və dəyərli təşkil ediblər.Düşərgənin sonuncu günü iştirakçılar macəralı “Xəzinə axtarışında” adlı oyuna qoşularaq dəyərli hədiyyələr qazanıblar.

Daha sonra isə skautlar birgə Nizami Gəncəvi Muzeyinə və Nizami Gəncəvinin anım məqbərəsinə ekskursiya ediblər.

Related Posts

“SHUSHA 2023” üçün 80+ qeydiyyat!

Əziz böyükyaşlı skautlar, “SHUSHA 2023” skautların beynəlxalq humanitar fəaliyyət düşərgəsi üçün STAFF-da olmaq üçün göstərdiyiniz marağa görə təşəkkür edirik! ?? Tezliklə prosesin davamı ilə bağlı elektron poçtunuza…

“Dental sağlamlıq” mövzusunda təlim-seminar keçiriləcək

10 yanvar 2023-cü il tarixində Azərbaycan Skautlar Assosiasiyasının baş ofisində ABŞ təhsil proqramları məzunu Ülviyyə Əkbərova tərəfindən “Diş sağlamlığı” mövzusunda təlim-seminar keçiriləcək. Ülviyyə Əkbərova, Macarıstanın Pécs Universitetinin…

ELAN: “Qışlaq” düşərgəsi

Yaylaq skautlar üçün “Qışlaq” düşərgəsinin məskəninə çevrildi! Yeni ildə sizə yeni şad xəbərimiz var! Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin əlavə dəstəyi ilə 27-31 yanvar…

“Gənc skautlar dayanıqlı inkişaf naminə” layihəsinin təlim hissəsi baş tutub

2-4 yanvar 2023-cü il tarixində Şamaxı şəhərində Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” gənclərin fərdi qrant müsabiqəsinin qalibi olmuş və Azərbaycan Skautları Dayanıqlı İnkişaf Məqsədləri…

“Vətəndaşlıq təhsili” mövzusunda təlim baş tutacaq

25 noyabr 18:30-da ASA-nın baş ofisində səyyahların “Vətəndaşlıq” kompetensiyası üzrə aşağıdakı komponentlər üzrə “Vətəndaşlıq təhsili” mövzusunda təlim olacaq:“Medianın verdiyi məlumatların əsasında tənqidi əsaslandırmaları tətbiq edə bilirəm”;“Uşağın əsas…

Azərbaycan Skautlar Assosiasiyasının tərəfdaşlığı ilə həyata keçirilən “YAŞAT” payız düşərgəsi uğurla yekunlaşıb

YAŞAT Fondu, Göygöl Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Skautlar Assosiasiyasının tərəfdaşlığı ilə həyata keçirilən “YAŞAT” payız düşərgəsi uğurla yekunlaşıb. 28-31…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir