Milli Təlim Müvəkkili – vəzifə məlumatları

 Azərbaycan Skautları Assosiyası
Vəzifə:Milli Təlim Müvəkkili (ASA)
Vəzifə məlumatı:İş yeri: Bakı
İş cədvəli: 1 il (yenidən uzadıla bilər)
Keyfiyyətlər və Təcrübə:Təhsil: Ali
İş təcrübəsi: Təlimçi kimi təcrübəsi olmalıdır,
Dil bilikləri: Səlis Azərbaycan və İngilis dili, Rus dili arzu olunandır
Hesabat verir: Milli Baş Müvəkkilə/Sədrə 
Digər Bacarıqlar/Sertifikat tələb olunur:Skautinqdə aktivlik;
Kadr hazırlığı və prosedurlar haqqında biliklər;
Mükəmməl səviyyədə İngilis dili yazı və danışıq qabiliyyəti;
MC Office proqramlarında sərbəst işləyə bilmək;  
Uzaq yerlərə İşgüzar səfərləri və işləməyə gedə bilmə imkanlarının olması
Səmərəli təlim prosesinin tərtibi və icrası
Mükəmməl ünsiyyət və liderlik bacarıqları
Vaxtı səmərəli idarəetmə, planlaşdırma bacarığı və çoxlu tapşırıq  yerinə yetirə bilmə imkanları
Öhdəliklər:Skaut fəaliyyətinin təhlili vasitəsilə gələcək və cari təlim ehtiyaclarını müəyyənləşdirmək və qiymətləndirmək;
ASA-nın ehtiyac və gözləntilərini həyata keçirən ümumi və ya fərdiləşdirilmiş təlim və inkişaf proqramlarının hazırlanması;
Müxtəlif təlim metodlarını istifadə etmək/tətbiq etmək;
Təlim proqramının effektivliyinə nəzarət etmək və qiymətləndirmək;
Daxili qonaqlar, natiqlər və təlimçilər ilə əlaqə qurmaq və keyfiyyətli təlim və görüşlər həyata keçirmək;
Ofis meneceri ilə əlaqə saxlayaraq təlimlərin/təlim proqramlarının idarə edilməsini kordinasiya etmək.