FREE BEING ME

Vücuduna güclü inam sabahın liderlərini gücləndirərək özünə dəyər formalaşdırmağa doğru vacib bir addımdır. Lakin bütün dünya ictimaiyyətində uşaqlar və gənclər ən başlıca narahatlıqları arasında necə göründüklərini sadalayırlar. Onlar cəmiyyətin mətbuatda təqdim olunan və həmyaşıdları tərəfindən ideallaşdırılmış dar çərçivəli gözəllik obrazına uyğunlaşmağa görə zahiri görünüşlərini dəyişdirmək üçün özlərini təzyiq altında hiss edirlər. Qlobal tədqiqatlar göstərir ki, vücuduna inamın azlığı gəncləri özlərinin tam potensialına çatmağa qoymur. Qızların 60%-indən çoxu zahiri görünüşlərindən narazı olduğu üçün sevdikləri məşğuliyyətlərdən uzaq gəzir. Rəqs etmək və üzmək, dərslərdə çıxış etmək, qonaqlıqlara getmək və hətta fikirlərini bildirmək kimi vacib həyati fəallıq növləri bunlara misaldır. Qızlar və oğlanlar bu şəkildə tam iştirak etməməyi seçdikdə istedadlarını digər yollarla yetişdirmək və inkişaf etdirmək imkanlarını itirir və bizi də cəmiyyət olaraq özlərindən məhrum edirlər.

Bütün bunları nəzərə alaraq Dünya Qız Bələdçilər və Qız Skautlar Assosiasiyası və Dove Özünə Dəyər Fondu tərəfindən “Free Being Me” qeyri-formal təhsil proqramı yaradılmışdır. Proqram vücuda inam üzrə ekspertlər tərəfindən hazırlanmış interaktiv fəaliyyətlər vasitəsilə uşaqların vücudlarına inamını və özlərinə güvənini gücləndirmək məqsədi daşıyır. “Free Being Me”-də iştirak edən iştirakçılar öz vücudlarına inamla yanaşı liderlik bacarıqlarını da öyrənir, öz yerli və qlobal icmalarında fərqlilik yaratmaq üçün özlərini güclü hiss edirlər.

“Free Being Me” proqramı onlara vücudlarına daha inamlı olmalarını və zahiri görünüşləri ilə bağlı narahatlıqlarının onların dünyanın aktiv, məsuliyyətli və əmin vətəndaşları olmasına maneə törətməsinin qarşısını almaq üçün məsələyə birbaşa təsir edir. Vücuda inam uşaqlara və gənclərə öz icmalarında nümunə modelləri və liderlər olmaq üçün lazım olan təməlin qurulmasında kömək edir.

PROQRAM KOMANDASI:

AdSoyadTəşkilatda vəzifəsiProqramda vəzifəsi
ÜlkərXanlarovaMilli Komitə üzvüProqram rəhbəri, təlimçi
Rezida RzayevaBeynəlxalq Müvəkkil (ÜQBQSA)Təlimçi
Zemfira KərimovaBöyükyaşlı skaut Təlimçi, PR mütəxəssis
SəadətAğayevaBöyükyaşlı skautTəlimçi
FatiməMürşüovaBöyükyaşlı skaut Təlimçi
Proqramı tamamlayan skautlara verilən nişan