Azərbaycan Skautlarının növbəti “Wonderland Azərbaycan” skaut düşərgəsi başa çatıb.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən ənənəvi düşərgənin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, vətənpərvərlik hislərinin yüksəldilməsi, ekstrimal hallardan çıxış yollarının öyrədilməsi, yeniyetmə və gənclər arasında dostluq əlaqələrinin gücləndirilməsi, eləcə də skaut hərəkatının regionlarda inkişafına dəstək olmaqdan ibarətdir.

And içmiş skautlara sədr tərəfindən fəxri nişan təqim olunarkən

9 rayondan 150-dən çox skautun iştirak etdiyi düşərgə bu il iki hissədən ibarət olub və ilk hissə ötən həftə Masallı rayonunda baş tutub.

Mövzusu “Sirlər xəzinəsi” olan düşərgə “Nizami Gəncəvi İli”nə həsr edilib və 5 günlük proqram dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığı üzərində qurulub.

Skaut düşərgəsi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən 10 ildən çoxdur həyata keçirilir və indiyədək Xacmaz, Quba, Lerik, Şəmkir, Gəncə, Masallı, Şamaxı, Qax və digər rayonlarda təşkil edilib. Növbəti düşərgənin məktəblilərin payız tətili ərəfəsində təşkili planlaşdırılır.

ELAN: AVARÇƏKMƏ DÜŞƏRGƏSİ BAŞ TUTACAQ

 Azərbaycan Skautlar Assosiasiyası 3-5 sentyabr tarixlərində Mingəçevir şəhərində “Xarı Bülbül” adlı skautların avarçəkmə düşərgəsi təşkil edir.

Məqsəd:
Uşaq, yeniyetmə və gənc skautların asudə vaxtlarının səmərəli təşkil olunması , məhsuldar vaxt keçirmək, həmçinin əyləncəli oyunlarla yanaşı, onlara Mingəçevir şəhərinin yerli xüsusiyyətlərini, maraqlı yerlərini və insanlarını tanıtdırmaq, şəhərin tarixi, ilə yaxından tanış etməkdən ibarətdir.

Kimlər iştirak edə bilər?
Yalnız təşkilatın üzvləri:
〰️ 6-17 yaş skautlar (mauqli, skaut, cəngavər yaş qrupları);
〰️ 18+ böyükyaşlı skautlar;
〰️ Qeyri-skautlar

Kimlər iştirak edə bilər?
Yalnız təşkilatın üzvləri:
〰️ 6-17 yaş skautlar (mauqli, skaut, cəngavər yaş qrupları)
〰️ 18+ böyükyaşlı skautlar

İştirak haqqı:
İştirak haqqı Skautlar üçün 60 AZN, liderlər üçün isə ödənişsiz müəyyən olunmuşdur. Qeyri-skautlar üçün ödəniş 80 AZN təşkil edir.
Qeyd: Lider minimum 2 patrulu ilə düşərgədə ödənişsiz iştirak edir:

Qiymətə daxildir:
〰️ Gündə 3 dəfə qidalanma (3 gün 2 gecə);
〰️ Fərqli, məqsədyönlü və əyləncəli proqram (master klasslar, oyunlar, macəralı eksursiyalar);
〰️ Qalacaq yer (çadırlarda);
〰️ Təlimlər və müxtəlif proqramlarda iştirak;

Qeydiyyat prosesi:
〰️ Skautların qeydiyyatı Liderləri tərəfindən həyata keçirilir və qeydiyyat iştirak haqqını ödəməklə təsdiqlənir:
〰️ İştirakçı yalnız öz lideri vasitəsi ilə (və ya razılıq əsasında hansısa patrulun, dəstənin tərkibində) düşərgədə iştirak edə bilər:
〰️ Qeyri-skautlar isə aşağıdakı linkdən qeydiyyatdan keçməlidirlər.
https://cutt.ly/pQNTbh7

Xüsusi qeydlər:
〰️ Qeydiyyatdan keçənlərə ləvazimatlar, proqram və s. detallar haqqında məlumatlar liderlər vasitəsi ilə göndəriləcəkdir.
〰️ Düşərgə 100 nəfər iştirakçı üçün nəzərdə tutulub. İlkin qeydiyyatdan keçənlərə nəzərə alınacaqdır.

Fəaliyyətlər
1. Avarçəkmə;
2. Balıq tutma;
3. Make your own boat ;
4. Banan exstrim;
5. Adventure balon;
6. Şarlarla oxatma;
7. Tiratma;
8. Adada sağ qalma (real adada);
9. Suda xilas etmə;
10. Kordinantlarla xəzinə tapmaq;

Diqqət iştirakçıların gediş- gəliş xərcləri özləri tərəfindən qarşılanır.

Əlavə suallar üçün:

050 7224862 – Zamin lider;
0509974737 – İntiqam lider;
0504588727 – Qoşqar lider.

HACIKƏNDDƏ KEÇİRİLƏN “XƏMSƏ” DÜŞƏRGƏSİ YEKUNLAŞIB

“Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı, Gəncə Gənclər evi SMX-nin dəstəyi ilə Gəncədə Hacıkənd qəsəbəsində baş tutan “Xəmsə” macəralı yay düşərgəsi uğurla yekunlaşmışdır.

Düşərgənin ikinci günü müxtəlif təlimlər skautlara tədris edilmişdir ki, bu da onların fiziki, psixoloji, emosional, sosial, əqli və karakter inkişafının təmin olunmasına kömək etmişdir.

Düşərgə tonqalı ətrafında skautlar müxtəlif fəaliyyətlər həyata keçirərək öz asudə vaxtlarını səmərəli, əyləncəli və dəyərli təşkil ediblər.Düşərgənin sonuncu günü iştirakçılar macəralı “Xəzinə axtarışında” adlı oyuna qoşularaq dəyərli hədiyyələr qazanıblar.

Daha sonra isə skautlar birgə Nizami Gəncəvi Muzeyinə və Nizami Gəncəvinin anım məqbərəsinə ekskursiya ediblər.

XALIT – 2 DÜŞƏRGƏSİ BAŞLAYIB

“Xalıt”adlı skautların macəralı yay düşərgəsi Şamaxı rayonunun Qaladərəsi kəndində yerləşən Şahdağ Milli Parkının qoynunda salınıb. Düşərgənin adı da elə kənddən 3 km məsafədə yerləşən ecazkar Xalıt şəlaləsindən götürülüb. Şəlalə meşəliklə əhatə olunmuş təxminən 30 metr hündürlükdə qayalardan axaraq ağacların bağrında gizlənmiş əsrarəngiz gözəlliyə sahib, dağların qoynuna sığınmış təbiət incisidir.

3 gün davam edən “Xalıt” adlı skautların macəralı yay düşərgəsinin ikinci hissəsi həyata keçirildir. Düşərgənin ikinci hissəsini də uğurla həyata keçirən skautlara eyniylə psixoloji, sosial, fiziki, əqli, emosional və xarakterlərinin inkişafı məqsədilə “Free Being Me”, “Dayanıqlı İnkişaf Məqsədləri”, “Oxatma”, “Atıcılıq”, “Komanda quruculuğu”, “Zərərdən müdafiə” və digər təlimlər həyata keçirilib.