WoodBadge proqramı Azərbaycanda

Skaut Hərəkatını qurduqdan qısa müddət sonra Robert Baden-Pauell lider hazırlığına ehtiyac olduğunu gördü. İlkin Skautmaster təlim düşərgələri London və İngiltərənin şimalında yerləşən Yorkşire’də təşkil edildi. Baden-Pauell düşərgə ərazilərində, açıq havada praktiki təlimlər keçmək istəyirdi.

Lakin Birinci Dünya Müharibəsi liderlik təlimlərini gecikdirdi. Buna görə də rəsmi Wood Badge kursu 1919-cu ilə qədər həyata keçirilmədi.Skautlar üçün daimi liderlik kurslarının təşkili məqsədilə 1919-cu ildə Gilwell Park Skaut Komissarı Uilyam Frederik de Bois Maklaren tərəfindən satın alınarq Böyük Britaniyanın Skautlar Assosiasiyasına verildi və 26 iyul 1919-cu ildə açılışı həyata keçirildi.

Bununla da 8-19 sentyabr 1919-cu ildə ilk rəsmi WoodBadge kursu həyata keçirildi. Gilwell Parkdakın ilk düşərgə lideri Francis Gidney ilk WoodBadge kursuna liderlik etdi. Tədris proqramına məsul şəxs isə komitə üzvü Percy Everett idi. 18 iştirakçının və mühazirəçilərin iştirak etdiyi kursda Baden-Pauell özü də dərsləri tədris edirdi.

Bu təlimdən sonra Wood Badge təlimləri Gilwell Parkda davam etməyə başladı və Skaut Hərəkatında Liderlik təlimlərinin evinə çevrildi.

Azərbaycanda isə ilk WoodBadge proqramı 18-24 Fevral 2022-ci il tairixlərdə həyata keçiriləcək. Bu barədə hələ də xəbərdar deyilsinizsə linkə keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz. keçid

KOMANDAMIZA QOŞULUN: EKO-SKAUT DÜŞƏRGƏSİ

IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Skautlar Assosiasiyası “Təbiətin keşiyində” adlı növbəti düşərgəyə start verir.


Hirkan Milli Parkında 16-18 oktyabr tarixində keçiriləcək “Təbiətin keşiyində” adlı düşərgənin idarə olunması hər il olduğu kimi bu il də Azərbaycan Skautlar Assosiasiyasının böyükyaşlı üzvləri, səyyah skautlar tərəfindən həyata keçiriləcək.


Qeyd: Düşərgənin müddəti 2 gecə 3 gündür. İştirakçılar çadır, yataq kisəsi, mat, təlim ləvazimatları, ilk yardım dəsti, nəqliyyat, qida və su ilə təmin olunacaqlar.
Komandada yer almaq üçün qeydiyyatdan keçməyə tələsin!


Qeydiyyatdan keçmək üçün link

Son qeydiyyat tarixi: 5 oktyabr 2021-ci il, saat 20:00

“Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu” layihəsində skautlar

Gənclər Təşkilatlarının ucqar kəndlərə səfərləri başladı

Azərbaycan Respublikasının Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və National Assembly of Youth Organizations of the Republic of Azerbaijanın təşkilatçılığı ilə həyata keçirilən “Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu” layihəsinə start verilib.Layihənin təşkil edilməsində əsas məqsəd gənclər təşkilatları vasitəsilə ölkəmizin müxtəlif bölgələrində ucqar kəndlərdə yaşayan, ölkə gəncləri üçün yaradılan imkanlardan xəbərdar olmayan, gənclər təşkilatları haqqında məlumatsız olan, həmçinin ictimai işlərdən və aktiv vətəndaşlıqdan geri qalan gənclərin məlumatlandırılması, ictimai fəaliyyətə gənclər təşkilatları vasitəsilə qoşulması və onların inkişafının təmin olunmasıdır.

Layihə çərçivəsində ilk səfər Tərtər rayonunun Seyidimli kəndinə edilmişdir. Səfərin ilk günü Azərbaycan Skautlar Assosiasiyası tərəfindən gənclər üçün müxtəlif təlim və vörkşoplar keçirilmişdir. Məlumat üçün qeyd edək ki, hər ucqar kəndə müxtəlif gənclər təşkilatları tərəfindən 2 günlük səfər edilməklə, layihə çərçivəsində ümumilikdə ölkəmizin 10 rayonunun ucqar kəndində 1 ay müddətində həyata keçiriləcək.

Tərtər rayonunun Seyidimli kəndində baş tutan layihədən olan görüntüləri sizinlə bölüşürük. #NAYORA#AzGF#GenclərFondu#BİRLİKDƏ#Gənclərtəşkilatları#ucqarkəndlər#ScoutsofAzerbaijan