Milli Təlim Proqramının liderlik kurslarına start verilib

Azərbaycan Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olmuş “Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” layihəsi çərçivəsində həyata keçirilən Azərbaycan Skautlarının Milli Təlim Proqramının liderlik kurslarına start verilib.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin də dəstəyi ilə baş tutan layihənin əsas məqsədi yeni skaut liderlərinin yetişdirilməsi, onların liderlik bacarıqlarının ortaya çıxarılması, skaut metodları və patrul təcrübəsini yaşatmaq, eyni zamanda skaut liderlərimizin peşəkar səviyyədə həyata keçirilən beynəlxalq liderlik kursunda iştirakını təmin etməkdir.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, ABŞ və Türkiyə skautmasterləri və Azərbaycan Skautlar Assosiasiyasının rəsmiləri öz növbələrində skautinqin gənclərə və ətraf mühitə verdiyi faydaları bir daha xatırladıb, daha uğurlu lider olmaqda praktiki liderlik təlimlərinin önəmini vurğulayaraq layihə iştirakçılarına uğurlar arzu ediblər.

“EkoLoqika – gənclər üçün beynəlxalq təlim proqramı”nda

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi, “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan “EkoLoqika – gənclər üçün beynəlxalq təlim proqramı” öz işinə başlayıb. Azərbaycan Skautlar Assosiasiyasının Milli Baş Müvəkkili Ülvi Məmmədov tədbir çərçivəsində keçirilən panel müzakirədə spiker kimi çıxış edərək Assosiasiyanın pandemiya dövründəki ekoloji istiqamətdə fəaliyyətindən geniş söz açıb.

Qeyd edək ki, dekabrın 23-dən 28-dək davam edəcək tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistandan 60-a yaxın gənc iştirak edir.

Beynəlxalq tədbirdə Azərbaycan Skautlar Assosiasiyasının 8 üzvü bu istiqamətdə təşkil edilən təlim və fəaliyyətlərdə iştirak edir.

EkoLogika #GİN #scoutsofazerbaijan

Skautlar Mingəçevirdə festivalda

“Güclü Atalar, Güclü Qızlar – Qız övladlarının dəyərinin təşviqi və qızların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində ilk festival Mingəçevir şəhərində baş tutub.Azərbaycan Skautlarının böyükyaşlı üzvləri tərəfindən möhtəşəm şəkildə başa vurulan gündə ümumilikdə 200 ata və qızın iştirakı ilə açıq səma altında maraqlı fəaliyyətlər və hədiyyəli oyunlar həyata keçirilib.

National Assembly of Youth Organizations of the Republic of Azerbaijanın (NAYORA) təşkilatçılığı ilə baş tutan layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun (UNFPA) həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində həyata keçirilir.

Əməkdaşlıq görüşü keçirilib

Azərbaycan Skautlar Assosiasiyası və Gəncə Turizm İnformasiya Mərkəzi Destinasiya Menecmenti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

5 Oktyabr tarixində Gəncə Turizm İnformasiya Mərkəzi/Destinasiya Menecmenti Təşkilatının əməkdaşları Azərbaycan Skautlar Assosiasiyasının nümayəndələri əməkdaşlıq görüşü keçirib.

Görüşdə Gəncə TİM/DMT-nin rəhbəri Zaur Bayramov təşkilatın qərb regionu üzrə turizm məkanlarının səmərəli idarə edilməsi, turizm məhsullarının hazırlanması, marketinqi, təbliğat və təşviqatı istiqamətində aparılan işlərdən danışdı.

Görüş zamanı Azərbaycan Skautlar Assosiasiyası Milli Komitə üzvü Zamin Məmmədov assosiasiya haqqında məlumat verib. O, ölkəmizdə skautların sayının 1600-dən çox olduğunu, regionlarda da assosiasiyanın fəal üzvləri olduğunu qeyd elədi. ASA-nın məqsədi strateji prioritetlərinin Azərbaycanın bütün bölgələrində skaut hərəkatının inkişafına təkan vermək və üzvlər üçün maraqlı gənclər proqramını tətbiq etmək olduğunu bildirdi.

Məhsuldar keçən görüşdə o cümlədən gənclərin turizm fəaliyyətlərinə , eyni zamanda onların bu sahədə bilik və bacarıqlarının artırılmasına yönələn fəaliyyətlərdə əməkdaşlıq imkanları müzakirə edildi.

ELAN: AVARÇƏKMƏ DÜŞƏRGƏSİ BAŞ TUTACAQ

 Azərbaycan Skautlar Assosiasiyası 3-5 sentyabr tarixlərində Mingəçevir şəhərində “Xarı Bülbül” adlı skautların avarçəkmə düşərgəsi təşkil edir.

Məqsəd:
Uşaq, yeniyetmə və gənc skautların asudə vaxtlarının səmərəli təşkil olunması , məhsuldar vaxt keçirmək, həmçinin əyləncəli oyunlarla yanaşı, onlara Mingəçevir şəhərinin yerli xüsusiyyətlərini, maraqlı yerlərini və insanlarını tanıtdırmaq, şəhərin tarixi, ilə yaxından tanış etməkdən ibarətdir.

Kimlər iştirak edə bilər?
Yalnız təşkilatın üzvləri:
〰️ 6-17 yaş skautlar (mauqli, skaut, cəngavər yaş qrupları);
〰️ 18+ böyükyaşlı skautlar;
〰️ Qeyri-skautlar

Kimlər iştirak edə bilər?
Yalnız təşkilatın üzvləri:
〰️ 6-17 yaş skautlar (mauqli, skaut, cəngavər yaş qrupları)
〰️ 18+ böyükyaşlı skautlar

İştirak haqqı:
İştirak haqqı Skautlar üçün 60 AZN, liderlər üçün isə ödənişsiz müəyyən olunmuşdur. Qeyri-skautlar üçün ödəniş 80 AZN təşkil edir.
Qeyd: Lider minimum 2 patrulu ilə düşərgədə ödənişsiz iştirak edir:

Qiymətə daxildir:
〰️ Gündə 3 dəfə qidalanma (3 gün 2 gecə);
〰️ Fərqli, məqsədyönlü və əyləncəli proqram (master klasslar, oyunlar, macəralı eksursiyalar);
〰️ Qalacaq yer (çadırlarda);
〰️ Təlimlər və müxtəlif proqramlarda iştirak;

Qeydiyyat prosesi:
〰️ Skautların qeydiyyatı Liderləri tərəfindən həyata keçirilir və qeydiyyat iştirak haqqını ödəməklə təsdiqlənir:
〰️ İştirakçı yalnız öz lideri vasitəsi ilə (və ya razılıq əsasında hansısa patrulun, dəstənin tərkibində) düşərgədə iştirak edə bilər:
〰️ Qeyri-skautlar isə aşağıdakı linkdən qeydiyyatdan keçməlidirlər.
https://cutt.ly/pQNTbh7

Xüsusi qeydlər:
〰️ Qeydiyyatdan keçənlərə ləvazimatlar, proqram və s. detallar haqqında məlumatlar liderlər vasitəsi ilə göndəriləcəkdir.
〰️ Düşərgə 100 nəfər iştirakçı üçün nəzərdə tutulub. İlkin qeydiyyatdan keçənlərə nəzərə alınacaqdır.

Fəaliyyətlər
1. Avarçəkmə;
2. Balıq tutma;
3. Make your own boat ;
4. Banan exstrim;
5. Adventure balon;
6. Şarlarla oxatma;
7. Tiratma;
8. Adada sağ qalma (real adada);
9. Suda xilas etmə;
10. Kordinantlarla xəzinə tapmaq;

Diqqət iştirakçıların gediş- gəliş xərcləri özləri tərəfindən qarşılanır.

Əlavə suallar üçün:

050 7224862 – Zamin lider;
0509974737 – İntiqam lider;
0504588727 – Qoşqar lider.

HACIKƏNDDƏ KEÇİRİLƏN “XƏMSƏ” DÜŞƏRGƏSİ YEKUNLAŞIB

“Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı, Gəncə Gənclər evi SMX-nin dəstəyi ilə Gəncədə Hacıkənd qəsəbəsində baş tutan “Xəmsə” macəralı yay düşərgəsi uğurla yekunlaşmışdır.

Düşərgənin ikinci günü müxtəlif təlimlər skautlara tədris edilmişdir ki, bu da onların fiziki, psixoloji, emosional, sosial, əqli və karakter inkişafının təmin olunmasına kömək etmişdir.

Düşərgə tonqalı ətrafında skautlar müxtəlif fəaliyyətlər həyata keçirərək öz asudə vaxtlarını səmərəli, əyləncəli və dəyərli təşkil ediblər.Düşərgənin sonuncu günü iştirakçılar macəralı “Xəzinə axtarışında” adlı oyuna qoşularaq dəyərli hədiyyələr qazanıblar.

Daha sonra isə skautlar birgə Nizami Gəncəvi Muzeyinə və Nizami Gəncəvinin anım məqbərəsinə ekskursiya ediblər.

HACIKƏNDDƏ “XƏMSƏ” ADLI DÜŞƏRGƏ BAŞ TUTUB

Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı və Gəncə Gənclər Evi SXM-nin dəstəyi ilə Hacıkənd qəsəbəsində Nizami Gəncəvi İli çərçivəsində “Xəmsə” adlı yay düşərgəsi təşkil edilib.

Düşərgəyə yerləşən skautlar nahardan sonra “Ebru sənəti”, “Atıcılıq”, “Pionerinq”, “Hərbi və sıra hazırlığı” və s. kimi intellektual, sosial, psixoloji, fiziki inkişafı artıran təlimlərə qoşulublar.

Axşam yeməyindən sonra düşərgə tonqalı ətrafında toplaşan skautlar müxtəlif oyun və fəaliyyətlər edərək əyləniblər.

ŞƏBƏKƏLƏŞMƏ GÖRÜŞÜNDƏ SKAUTLAR

National Assembly of Youth Organizations of the Republic of Azerbaijanın təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclər Təşkilatlarının Şəbəkələşmə Görüşü” layihəsi çərçivəsində NAYORA-nın və Azərbaycan Skautlar Assosiasiyasının İdarə heyətinin üzvü Ülkər Xanlarova, Azərbaycan Skautlar Assosiasiyasının Baş müvəkkili Ülvi Məmmədov və aktiv üzvlərimizdən Qoşqar Qurbanovun “Komanda quruculuğu və düzgün kommunikasiyanın qurulması” mövzusunda vörkşopu və “Şəbəkələşmə oyunu” adlı simulyasiyası keçirilib.

“Gənclər Təşkilatlarının Şəbəkələşmə görüşü”nün ikinci gününü skautlar öz maraqlı “Kokteyl” oyunu ilə davam ediblər. Komanda işini, doğru koordinasiya və operativ düşünməni özündə cəmləşdirən oyunda iştirakçılar rəqib komanda ilə sağlam rəqabəti aparmağı da aşılayır. Olduqca əyləncəli və öyrədici oyunun sonunda komandaların hazırladıqları kokteyllərin dadına baxmaq mümkün olub.

“Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu” layihəsində skautlar

Gənclər Təşkilatlarının ucqar kəndlərə səfərləri başladı

Azərbaycan Respublikasının Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və National Assembly of Youth Organizations of the Republic of Azerbaijanın təşkilatçılığı ilə həyata keçirilən “Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu” layihəsinə start verilib.Layihənin təşkil edilməsində əsas məqsəd gənclər təşkilatları vasitəsilə ölkəmizin müxtəlif bölgələrində ucqar kəndlərdə yaşayan, ölkə gəncləri üçün yaradılan imkanlardan xəbərdar olmayan, gənclər təşkilatları haqqında məlumatsız olan, həmçinin ictimai işlərdən və aktiv vətəndaşlıqdan geri qalan gənclərin məlumatlandırılması, ictimai fəaliyyətə gənclər təşkilatları vasitəsilə qoşulması və onların inkişafının təmin olunmasıdır.

Layihə çərçivəsində ilk səfər Tərtər rayonunun Seyidimli kəndinə edilmişdir. Səfərin ilk günü Azərbaycan Skautlar Assosiasiyası tərəfindən gənclər üçün müxtəlif təlim və vörkşoplar keçirilmişdir. Məlumat üçün qeyd edək ki, hər ucqar kəndə müxtəlif gənclər təşkilatları tərəfindən 2 günlük səfər edilməklə, layihə çərçivəsində ümumilikdə ölkəmizin 10 rayonunun ucqar kəndində 1 ay müddətində həyata keçiriləcək.

Tərtər rayonunun Seyidimli kəndində baş tutan layihədən olan görüntüləri sizinlə bölüşürük. #NAYORA#AzGF#GenclərFondu#BİRLİKDƏ#Gənclərtəşkilatları#ucqarkəndlər#ScoutsofAzerbaijan