“İlk Təmas” təliminin ilk görüşü baş tutdu

Azərbaycan Skautlarının Humanitar fəaliyyətlərə dəstək könüllü qrupları üçün “İlk Təmas – Gənclər üçün Humanitar Fəaliyyətlərdə İlk Addım və Zərərdən Qorunma Təlimi”nin ilk təlim görüşü uğurla keçirildi.

Təlim Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları tərəfindən aparıldı və aşağıdakı mövzuları əhatə etdi:

  • humanitar fəaliyyətlərə dair ilkin anlayışlar
  • humanitar fəaliyyətlərin mahiyyəti, önəmi və riskləri
  • ilkin psixoloji yardım
  • ilkin tibbi yardım
  • operativ kommunikasiya və idarəetmə

Azərbaycan Respublikası Gənclər Fondu və NAYORA-nın dəstəyi, Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində gənclər humanitar fəaliyyətlər zamanı təhlükəsiz davranış, etik prinsiplər, zərərçəkmişlərlə ilk təmas və risklərin azaldılması üzrə həm nəzəri, həm də praktik biliklər əldə etdilər.

Layihənin praktiki və real mühitdə simulasiya mərhələləri növbəti günlərdə davam edəcək.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvlərinə səmimi və peşəkar təlim mühiti üçün təşəkkür edirik.

Related Posts

Azərbaycan Skautlar Assosiasiyası yenilənmiş Milli Sub-komitə strukturunu təqdim etdi.

Azərbaycan Skautlar Assosiasiyasının fəaliyyət istiqamətlərinin daha sistemli və funksional idarə olunması məqsədilə ASA-nın sub-komitə strukturu yenilənmiş və aşağıdakı 11 Milli Sub-komitə təsis edilmişdir: Bu struktur ASA-da fəaliyyətlərin…

“Skautlar sual verir” adlı görüşlər silsiləsinin ilk tədbiri baş tutub

Bu gün Azərbaycan Skautlar Assosiasiyasının yeni və davamlı formatda həyata keçirilən “Skautlar sual verir” adlı görüşlər silsiləsinin ilk tədbiri baş tutub. Görüşün qonaqları Xalq artisti Qurban İsmayılov…

Azərbaycan Skautlarının Milli Dəyərlər Forumunun ikinci günü

Azərbaycan Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən Azərbaycan Skautlarının Milli Dəyərlər Forumun ikinci günü liderlik bacarıqlarının inkişafına yönəlmiş interaktiv təlim ilə başladı. Təlim zamanı…

ASA-nın 2026–2028-ci illər üzrə Strateji Prioritetləri Milli Komitə üzvləri arasında aşağıdakı qaydada bölüşdürülmüşdür:

Bu bölgü ASA-da hər yeni Milli Komitə formalaşdıqdan sonra tətbiq olunan ənənəvi idarəetmə prosesinin tərkib hissəsidir və strateji istiqamətlər üzrə məsuliyyətin aydınlaşmasına oc ümlədən fəaliyyətlərin daha sistemli…

Azərbaycan Skautlarının Milli Dəyərlər və Liderlik Forumu birinci günün fəaliyyətini təqdim edirik.

Forum Azərbaycan Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilir və gənclərin Konstitusiyada əks olunmuş milli və hüquqi dəyərlər, liderlik məsuliyyəti və vətəndaş mövqeyi mövzularında bilik…

Azərbaycan Skautları Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda göstərdiyi iradənin, birlik və fədakarlığın simvoludur. Bu gün Azərbaycan Skautları olaraq Şəhidlər xiyabanını ziyarət etdik. Eyni zamanda bölgələrdə fəaliyyət…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir