Azərbaycan ilk dəfə olaraq D-8 ölkələrinin Gənclər Dialoquna ev sahibliyi edir. Dekabrın 6-da Dialoqun rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Skautlar Assosiasiyasının sədri Kamil Fətəliyev nümayəndə qismində iştirak edib. Dialoq çərçivəsində gənclər siyasəti, dayanıqlı urban inkişaf, yaşıl bacarıqların gücləndirilməsi, inklüziv və gəncləryönümlü mobillik sistemləri, eləcə də şəhərlərin gələcəyinin formalaşdırılmasında gənclərin rolu mövzularında panel müzakirələri aparılır.

Müzakirələr gənclərin qərarvermə proseslərində iştirakının artırılması, regional əməkdaşlığın gücləndirilməsi və ortaq təşəbbüslərin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etməkdədir.
