Azərbaycan Skautlar Assosiasiyasının IX Milli Baş Assambleyası – Qurultayı baş tutub

yazı görseli olabilir

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, 23 noyabr 2025-ci il tarixində Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində Azərbaycan Skautlar Assosiasiyasının (ASA) IX Milli Baş Assambleyası – Qurultayı baş tutub.

Bu Qurultayda skaut hərəkatının gələcəyini müəyyənləşdirəcək çoxsaylı mühüm qərarlar qəbul edildi və növbəti 3 illik Strateji Plan təsdiqləndi!

Bununla yanaşı yeni Komitə səsvermə yolu ilə seçilərək Assosiasiyanın idarəetmə orqanlarının tərkibini təsdiqlədi. Bu seçkilərin əsas özəlliyi idarəetmənin dinamik şəkildə gəncləşməsi və inklüzivliyə sadiqliyidir!

Yeni seçilmiş 21 yaşlı Sədr, Kamil Fətəliyev, ASA-nın tarixində bu vəzifəyə seçilən ƏN GƏNC şəxs olaraq qeydə alındı!

Yeni Komitə heyətinin orta yaşı cəmi 28-dir! Bu, gənclərin fəal iştirakına verilən böyük dəyərin göstəricisidir.

Yeni seçilmiş idarəetmə orqanlarının tərkibində qadın təmsilçiliyi 40%, kişi təmsilçiliyi isə 60% təşkil edir. Bu, ASA-nın bərabərliyə sadiqliyini əks etdirir.

ASA-nın Yeni Tərkibi:

Sədr: Kamil Fətəliyev Kənan

Milli Komitə üzvləri: Famil Məmmədov Əlifağa, Ülvi Məmmədov Üzeyir, Ceyhun Fərzəliyev Nizam, İntiqam Rzayev Eldar, Fatimə Əliyeva Nizami, Zemfira Kərimova Qartal

Auditor Komissiyası: Könül Məmmədova Elman, Mehman İbrahimli İlqar, Leyla Tağızadə Nazim

Həmçinin, uzun illər Azərbaycan Skautlarına və Dünya Skaut Hərəkatına öz töhvəsini vermiş İlyas İsmayıllı yekdilliklə Assosiasiyanın yeni Fəxri Prezidenti təsdiq edilmişdir.

Seçilmiş hər bir namizədi səmimi qəlbdən təbrik edir, Azərbaycan skaut hərəkatının inkişafı naminə fəaliyyətlərində böyük uğurlar arzulayırıq! Yeni tərkibə qoşulan hər kəsə skaut ruhunda “Daima Hazır!” deyirik!

Related Posts

Azərbaycan Skautlar Assosiasiyası yenilənmiş Milli Sub-komitə strukturunu təqdim etdi.

Azərbaycan Skautlar Assosiasiyasının fəaliyyət istiqamətlərinin daha sistemli və funksional idarə olunması məqsədilə ASA-nın sub-komitə strukturu yenilənmiş və aşağıdakı 11 Milli Sub-komitə təsis edilmişdir: Bu struktur ASA-da fəaliyyətlərin…

“Skautlar sual verir” adlı görüşlər silsiləsinin ilk tədbiri baş tutub

Bu gün Azərbaycan Skautlar Assosiasiyasının yeni və davamlı formatda həyata keçirilən “Skautlar sual verir” adlı görüşlər silsiləsinin ilk tədbiri baş tutub. Görüşün qonaqları Xalq artisti Qurban İsmayılov…

Azərbaycan Skautlarının Milli Dəyərlər Forumunun ikinci günü

Azərbaycan Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən Azərbaycan Skautlarının Milli Dəyərlər Forumun ikinci günü liderlik bacarıqlarının inkişafına yönəlmiş interaktiv təlim ilə başladı. Təlim zamanı…

ASA-nın 2026–2028-ci illər üzrə Strateji Prioritetləri Milli Komitə üzvləri arasında aşağıdakı qaydada bölüşdürülmüşdür:

Bu bölgü ASA-da hər yeni Milli Komitə formalaşdıqdan sonra tətbiq olunan ənənəvi idarəetmə prosesinin tərkib hissəsidir və strateji istiqamətlər üzrə məsuliyyətin aydınlaşmasına oc ümlədən fəaliyyətlərin daha sistemli…

Azərbaycan Skautlarının Milli Dəyərlər və Liderlik Forumu birinci günün fəaliyyətini təqdim edirik.

Forum Azərbaycan Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilir və gənclərin Konstitusiyada əks olunmuş milli və hüquqi dəyərlər, liderlik məsuliyyəti və vətəndaş mövqeyi mövzularında bilik…

Azərbaycan Skautları Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda göstərdiyi iradənin, birlik və fədakarlığın simvoludur. Bu gün Azərbaycan Skautları olaraq Şəhidlər xiyabanını ziyarət etdik. Eyni zamanda bölgələrdə fəaliyyət…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir