Sarus skaut dəstəsi yeni üzvlərin qeydiyyatını açıq elan edir

Skaut dəyərlərini yaşamaq, komanda ruhu qazanmaq və icma layihələrində aktiv olmaq istəyən gəncləri dəstəmizə dəvət edirik.

Proqram klassik skaut fəaliyyətlərini praktik bacarıqlarla birləşdirir: həftəlik görüşlər, aylıq sahə günləri, düşərgələr və icma xidməti fonunda ilkin yardım, səmti müəyyən etmə, sığınacaq qurulması, təhlükəsizlik və rabitə mövzuları oyunlar və ssenarilərlə öyrədilir.

Kimlər müraciət edə bilər?

🔸18–25 yaş aralığında olmaq
🔸Skaut dəyərlərinə sadiq olmaq (hörmət, xidmət, dürüstlük)
🔸Həftəlik görüşlərə stabil vaxt ayırmaq
🔸Təlimlərdə və simulyasiyalarda mütəmadi iştirak etmək
🔸Fiziki və psixoloji dözümlülük göstərmək.

Qeydiyyat https://forms.gle/pJaihmQDbm75LM6JA

Seçim mərhələləri:
1) Qısa qeydiyyat formu → 2) Tanışlıq görüşü → 3) 3 aylıq sınaq fəaliyyəti

Qeyd: Dəstə üzvləri avtomatik olaraq #SARUSAzerbaijan könüllüsü statusu alır.

Diqqət:
– “SARUS Azerbaijan” axtarış xilasetmə qruplarıdır.
– “SARUS Skaut Dəstəsi” Təkmilləşdirilmiş proqrama sahib skaut dəstəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir