10 gün ərzində İstanbulun Beykoz bölgəsində təşkil olunan bu beynəlxalq skaut düşərgəsi 20-dən çox ölkədən yüzlərlə skautu bir araya gətirdi. Bu görüşdə iştirak edənlər skaut ruhunu, mədəniyyətlərini və dostluğu bölüşdü.
Azərbaycan Skautlar Assosiasiyası (ASA) bu tədbirdə 100-dən çox skautla təmsil olunaraq fəal iştirak edib və ölkəmizi qürurla təqdim edib. Skautlarımız aşağıdakı fəaliyyətlərdə yer alıblar:
istiqamət təyini,
düyümçülük,
oxçuluq,
musiqi və ritm,
mədəniyyət günü təqdimatı,
ebru sənəti,
kamp fire gecələri
və daha nələr-nələr…
Bu fotolar artıq yaddaşlara yazılan dostluq, birlik və ruh dolu anların əbədi izidir. ![]()
![]()
Görüşənədək, Türk İzci Toyu!










