Beynəlxalq proqramda Azərbaycan nümayəndəsinin uğurlu çıxışı

5-7 iyun tarixlərində Buxarestdə keçirilən “Overture – Diversity and Inclusion” beynəlxalq proqramında təşkilatımızın fəal üzvü Ülkər Xanlarova-Mutașcu uğurla iştirak edib!

✨ 3 gün davam edən tədbir çərçivəsində iştirakçılar mədəniyyətlərarası dialoq, gender bərabərliyi, inklüzivlik və bərabər imkanlar mövzularında interaktiv workshoplarda və təlimlərdə biliklərini genişləndirdilər.

🤝 Tədbir boyunca qurulan dostluq və əməkdaşlıq bağları, gələcək layihələr üçün möhkəm zəmin yaratdı.

📢 Son gün Ülkər xanımın təqdim etdiyi “Cultural Diversity” adlı təlim iştirakçılar tərəfindən xüsusi rəğbətlə qarşılandı. Onun empatik və peşəkar yanaşması, müxtəlif mədəniyyətlərə hörmət mesajı ilə hər kəsi təsirləndirdi.

🇦🇿 Tədbirdə əldə etdiyi təcrübələri Ülkər xanım artıq Azərbaycan Skautlar Assosiasiyası ilə bölüşüb və bu mövzuda lider və nümayəndələr üçün təlim də keçib.

💬 Mədəniyyətlər arasında körpülər qurmağa töhfə verən Ülkər xanımı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Related Posts

Avropa Skaut Konfransında Azərbaycan Skautlarının Böyük Nailiyyəti!

18-ci Avropa Skaut Konfransı çərçivəsində, Azərbaycan Skautlar Assosiasiyası olaraq fəxrlə bildiririk ki, bizim təşəbbüsümüz və tərəfimizdən hazırlanan “EUR-2025-R05 – Regional Tədbirlərə Bərabər Girişin Maliyyə Həmrəyliyi Mexanizmləri ilə…

Congratulations to the New European Scout Committee Members!

We extend our heartfelt congratulations to the newly elected members of the European Scout Committee 2025–2028. In alphabetical order: Allan Simpson Diana Slabu Joschka Hench José Pamplona…

14–16 mart tarixlərində İsveçin Höör şəhərində keçirilən Beynəlxalq Skaut Simpoziumu

14–16 mart tarixlərində İsveçin Höör şəhərində keçirilən Beynəlxalq Skaut Simpoziumunda Azərbaycan Skautlar Assosiasiyasını Milli Komitənin üzvü Ülkər Xanlarova və Dünya Skaut Hərəkatı Təşkilatı üzrə Beynəlxalq Müvəkkil Kamil…

Azerbaijan Scouts Congratulate David Berg!

Azerbaijan Scouts Congratulate David Berg! We warmly congratulate David Berg on his appointment as the 11th Secretary General of the World Organization of the Scout Movement (WOSM)…

Avropa Regional Skaut Komitəsinin sədri və Dünya Skaut Bürosunun nümayəndəsi Lənkəran skautları ilə görüşdü

Avropa Regional Skaut Komitəsinin Sədri Matthias Gerth @gerthma və Dünya Skaut Bürosunun Strateji Koordinasiya və Təşkilati İnkişaf Departamentinin Baş Meneceri Goran Gjorgjievin Azərbaycana səfəri çərçivəsində Lənkəran skautları…

Gənclər və İdman Naziri beynəlxalq skaut təşkilatının nümayəndələri ilə görüş keçirdi

Mayın 26-da gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan DSHT Avropa Regional Skaut Komitəsinin sədri Mattias Gerzi və Dünya Skaut Bürosunun Strateji koordinasiya və təşkilati…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir