14–16 mart tarixlərində İsveçin Höör şəhərində keçirilən Beynəlxalq Skaut Simpoziumunda Azərbaycan Skautlar Assosiasiyasını Milli Komitənin üzvü Ülkər Xanlarova və Dünya Skaut Hərəkatı Təşkilatı üzrə Beynəlxalq Müvəkkil Kamil Fətəliyev təmsil etmişlər.
Simpozium çərçivəsində 2025-ci ilin avqust ayında
Vyanada keçiriləcək 25-ci Avropa Regional Skaut Konfransına hazırlıq məqsədilə bir sıra mühüm məsələlər müzakirə olunmuşdur. Bu məsələlərə 2025–2028-ci illəri əhatə edən regional skaut planı, təqdim ediləcək qətnamələr və namizədlərlə bağlı ilkin təqdimatlar daxildir.
Azərbaycan Skautlar Assosiasiyası tərəfindən təqdim olunmuş “2025 – R05: Maliyyə həmrəyliyi mexanizmləri vasitəsilə regional tədbirlərə bərabərhüquqlu çıxışın təmin edilməsi” adlı qətnamə üzv təşkilatlara təqdim olunmuş və fəal şəkildə müzakirə edilmişdir.
Eyni zamanda, ASA-nın Avropa Skaut Komitəsinə namizədliyini irəli sürdüyü Ülkər Xanlarova tərəfindən “Mədəni müxtəliflik” mövzusunda sessiya uğurla təşkil olunmuşdur.







