Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “Qeyri-formal Təhsilin Təşviqi üçün Dərsdənkənar Fəaliyyətlərdə Skautinq Töhfəsi” layihəsi çərçivəsində üçgünlük yay düşərgəsi təşkil olunub.
Düşərgə Göygöl rayonunun Köşkü kəndində baş tutub. Bu müddət ərzində şagirdlər müxtəlif skaut fəaliyyətlərində iştirak edərək öyrənib, yaradıb, komanda ruhunu gücləndirib və ən əsası, öz potensiallarını kəşf ediblər.
Düşərgə skaut şagirdlərinin hərtərəfli inkişafına, sosial bacarıqlarının formalaşmasına və onlarda müsbət dəyərlərin aşılanmasına böyük töhfə verib.
Qeyd edək ki, VIII qrant müsabiqəsinin qalibi olan “Qeyri-formal Təhsilin Təşviqi üçün Dərsdənkənar Fəaliyyətlərdə Skautinq Töhfəsi” layihəsi Samux rayonu Çobanabdallı kənd H. Zərdabi adına tam orta məktəbin direktoru Arzu Kərimov tərəfindən icra olunur. Layihə çərçivəsində Samux rayonunun Çobanabdallı kəndində yerləşən H. Zərdabi adına tam orta məktəbdən seçilmiş skaut şagirdlər üçün görüşlərin, təlimlərin keçirilməsi, ekskursiyalar və düşərgələrə səfərlər nəzərdə tutulub.










