Azərbaycan Skautlar Assosiasiyasının azyaşlılar üzrə müvəkkili Günay Məmmədova 26 oktyabr – 3 noyabr tarixlərində Fransanın Jambville vilayətində keçirilən WAGGGS Growing and Learning (GAL) Event tədbirində iştirak edərək, Azərbaycanı təmsil etmişdir.
Təlim WAGGGS üzv təşkilatlarının böyüməsinə, böyükyaşlıların öyrənərək inkişafına, həmçinin təlimin mövzusuna uyğun biliklərin milli təşkilatda tətbiq edilməsinə yönəlmiş və fransız-ingilis dilində keçirilmişdir.
Tədbir iştrakçılarına WAGGS-ın missiyası, inkşaf məqsədləri növbəti illərin fəaliyyət planının hazırlanması istiqamətində təlimlər keçirilmiş və sonda hər bir iştrakçı mənimsədiyi biliklər sayəsində özünün növbəti beşillik fəaliyyət planını hazırlayıb təqdim etmişdir.