16 Noyabr tarixində COP29 tədbirinə qatılan WAGGGS və WOSM rəsmi nümayəndə heyyətinin skautlarımızla görüşü baş tutmuşdur.
Görüş müddətində ətraf mühitin qorunması ilə bağlı aktiv üzvlərimiz Elina Çerpakova, Fatimə Mürşüdova və Fərhad Hüseynov tərəfindən vörkşop həyata keçirilmişdir.
Nümayəndə heyyəti də öz növbəsində üzvlərimizə qlobal və təmsil etdikləri yerli təşkilatların iqlim dəyişikliyi sahəsində həyata keçirdikləri icma proqram nümunələri haqqında məlumat vermişdirlər.
Nəticədə üzvlərimiz WAGGGS və WOSM təşkilatları, fəaliyyəti haqqında ətraflı biliklərə yiyələnmiş, həmçinin beynəlxalq təşkilatlar ASA-nın yerli fəaliyyəti ilə üzvlərimiz vasitəsilə tanış olmuşdurlar.