Liderlik Təlimi İştirakçıları “Yer Saatı”nı qeyd etdilər!

Azərbaycan Skautlar Assosiasiyası bu böyük tədbirin bir parçası olmaqla, gələcək nəsillər üçün daha yaxşı bir dünya yaratmaq ideyasını dəstəkləyir.

Hər il olduğu kimi bu il də skautlar “Yer Saatı”nı qeyd etməkdə aktivlik göstəriblər.

Təlim İştirakçıları düşərgə məşəllərini yandıraraq təlimin həyata keçirildiyi Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin tədris binasının və yataqxanasının işılqlarını bir saatlıq söndürüblər.

Bu önəmli anı qeyd etməklə skautlar dünya üzərində vacib bir məsələyə – İqlim dəyişikliyi və onun planetimiz üzərindəki təsirlərinə diqqət çəkirlər.

2007-ci ildə Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən Avstraliyada təşkil edilən bu kampaniya, ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı təhdidlərə yönəltmək məqsədini daşıyır.

Related Posts

“4 Ünsür” adlı skaut düşərgəsinin iştirakçıları Beynəlxalq “Yer saatı” kompaniyasına qoşuldular

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstyi ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən keçirilən Novruz bayramına həsr olunmuş “4 Ünsür” adlı skaut düşərgəsinin iştirakçıları Beynəlxalq “Yer saatı” kompaniyasına…

Qubada təməl liderlik təlimləri start götürüb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Məktəblərdə skaut klublarının yaradılması” layihəsində ümumilikdə Azərbaycanın müxtəlif bölgələrindən…

Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması layihəsinə start verildi

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” layihəsinə start verildi İlk gün…

4 ÜNSÜR NOVRUZ DÜŞƏRGƏSİNƏ STAFF ÜÇÜN QEYDİYYAT AÇILIB

Əziz böyükyaşlı skautlar,Skautlarımızın 22-25 mart tarixlərində baharın gəlişini Daşkəsəndə birgə qeyd edəcəkləri “4 Ünsür – 2024” Novruz düşərgəsinin təşkilində və idarəedilməsində STAFF-da iştirak etmək istəyənlər üçün qeydiyyat…

“Qış nağılı” düşərgəsi

Azərbaycan Skautlar Assosiasiyasının və “Forest Education Azerbaijan” qeyri-formal təhsil birliyinin təşkilatçılığı ilə Qəbələ rayonunun Nic qəsəbəsində “Qış nağılı” adlı düşərgə təşkil edilir! ? ?? 2024-cü ilin ilk…

“SummerProgram” növbəti düşərgəsini elan edir

Bu payız tətilini həqiqətən yaddaqalan etməyə hazırsınız? “SummerProgram” növbəti düşərgəsini elan edir. Hər gün kəşf, öyrənmək və əyləncə üçün yeni fürsət olan #AdventureCamp bu dəfə sizi #AdventurePayız…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir