Qubada təməl liderlik təlimləri start götürüb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Məktəblərdə skaut klublarının yaradılması” layihəsində ümumilikdə Azərbaycanın müxtəlif bölgələrindən müraciət etmiş 280 müəllim arasından 30 nəfər seçim turundan keçərək iştirak haqqı qazanıb. Məktəblilərin öyrənmə prosesini skaut metodu ilə dəstəkləmək, yeni tədris üsullarını kəşf etmək və nəzəri biliklərini təcrübədə istifadə etmək, təhsil keyfiyyətini artırmaqla yanaşı, şagirdlərin xarakter, sosial inkişafına töhvə vermək layihənin əsas məqsədləri sırasındadır.

Paralel olaraq Azərbaycan Gənclər Fondunun dəstəyi ilə gənclər “Azərbaycan Skautlarının Liderlik Kursu” layihəsi həyata keçirilir. Skaut fəaliyyətinə maraq göstərən 100-ə yaxın gənc bu layihənin seçim turunda iştirak edib. Yalnız sosial fəaliyyətləri ilə seçilən və özünüinkişafa həvəsli olan gənclər arasından 30 nəfər müsabiqə mərhələsini keçərək layihədə iştirak haqqı qazanıb. Əsas məqsəd yeniyetmə və gənclərin inkişafına töhfə vermək, liderlik prinsiplərini aşılamaq və ən əsası sosial inkişafını artırmaqdır.

Əsl lider sağlam əlaqələr qurmağı, komanda yaratmağı və öyrədici təcrübələrini bölüşməyi bacarmalıdır. Hər iki layihənin təlim proqramına sağlam həyat tərzi forması, fiziki-zehni fəaliyyətlər və yaradıcı- maarifləndirici məşğələlər daxildir. Təlim proqramı Novruz Bayramı ərəfəsinə təsadüf etdiyindən Milli Mədəniyyət proqramları təşkil olunur və iştirakçılar müxtəlif bölgələrə xas milli təamları nümayiş etdirirlər. 5 gün boyunca davam edəcək layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Related Posts

Liderlik Təlimi İştirakçıları “Yer Saatı”nı qeyd etdilər!

Azərbaycan Skautlar Assosiasiyası bu böyük tədbirin bir parçası olmaqla, gələcək nəsillər üçün daha yaxşı bir dünya yaratmaq ideyasını dəstəkləyir. Hər il olduğu kimi bu il də skautlar…

Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması layihəsinə start verildi

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” layihəsinə start verildi İlk gün…

“SKAUTLAR ŞİMALA DOĞRU” – TƏMƏL LİDERLİK MƏKTƏBİ YEKUNLAŞIB

Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində 15-17 iyun 2023-cü il tarixlərində Qəbələ rayonunun Nic qəsəbəsində “Skautlar şimala doğru – Gənc skaut liderlərinin aşkar olunması və potensiallarının…

Dəstə lideri olmaq istəyənlərin nəzərinə: ASA-MTP006-TL23-1 LİDERLİK KURSU BAŞ TUTACAQ!

Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində “ASA-MTP006-TL23-1” nömrəli “Skautlar şimala doğru – Gənc skaut liderlərinin aşkar olunması və potensiallarının artırılması” adlı liderlik kursu həyata keçiriləcəkdir! 14-16…

“Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” öz işinə başlayıb.

Azərbaycanda ilk dəfə keçirilən “Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” beynəlxalq layihəsi 18 fevral tarixindən etibarən öz işinə başlayıb. Bu proqram skautların ən yüksək dərəcəli təlim…

Milli Təlim Proqramının liderlik kurslarına start verilib

Azərbaycan Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olmuş “Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” layihəsi çərçivəsində həyata keçirilən Azərbaycan Skautlarının Milli Təlim Proqramının liderlik kurslarına start…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir