Beynəlxalq təmsilçilər tərəfindən infosesssiyalar

Əziz skautlar, həftəsonu istirahətinizi maraqlı keçirdiyinizi ümid edirik. 😀

Yaxın tarixlərdə ASA-nı dünyanən müxtəlif ölkələrində təmsil edən üzvlərimiz tərəfindən infosessiyalar keçiriləcək. Bəs infpsessiyalar nə üçün 🤔 keçirilir və bu sizə hansı benefitləri verə bilər?

🌍 İnfosessiyalar Azərbaycan Skautlar Assosiasiyasının beynəlxalq təmsilçilik qaydalarına əsasən təmsilçi tərəfindən keçirilməlidir. O, qaydalara görə həmçinin bundan əlavə xaricdə qazandığı təcrübəni icmamızla bölüşmək üçün bir fəaliyyət də icra etməlidir.

😎 Skautlar bu görüşlərə qoşulmaqla xarici səyahət, iştirak və təmsilçiliklə bağlı təcrübələrini artırırlar.

❓Bəs necə qoşula bilərik?

Azərbaycan Skautlarının məlumatlandırma platforması olan “ASA Məlumatlandırma”da hər görüşdən bir neçə saat öncə “Google Meet” platformasında təyin edilmiş keçid paylaşılacaqdır. Əgər qrupa üzv deyilsinizsə, rəy bölməsinə qoşulmaq istədiyiniz görüşlərin gününü yaza bilərsiniz. Komandamız sizinlə əlaqəyə keçəcək!

Xoş həftəsonu arzulayırıq. 👋🏼

Related Posts

Avropa Parlamentindən salamlar!

Skautinq təkcə nişanlar və tonqallardan ibarət deyil, bu, gənclərimizi inkişaf etdirmək üçün gücləndirmək, onları bacarıq, dözümlülük və həyat yolu üçün xarakterlə təchiz etməkdir. Bəs bu təsiri necə…

İngiltərədə Baş katiblər və Baş Könüllülər Şəbəkəsinin Görüşləri yekunlaşıb

Dünya Skaut Hərəkatı Təşkilatının (World Organization of the Scout Movement) Avropa Regionunda olan milli skaut təşkilatlarının baş katiblərinin və könüllülərlə bağlı rəhbərləri üçün İngiltərə Skautlarının ev sahibliyi…

ALLAHUƏKBƏR DAĞI ŞƏHİDLƏRİNİN ANIM DÜŞƏRGƏSİ

TİF TƏRƏFİNDƏN ELAN: FƏALİYYƏT SAHƏSİNƏ İLK GİRİŞ TARİXİ VƏ ZAMANI: 22 dekabr 2023-cü il Saat: 10.00FƏALİYYƏT SAHƏSİNƏ SON GİRİŞ TARİXİ VƏ VAXT: 22 dekabr 2023 Saat: 14.00FƏALİYYƏTİN…

Beynəlxalq məlumat manşeti

Əziz skautlarımız, beynəlxalq məlumat manşetimiz yayındadır! Özünüzə uyğun beynəlxalq iştirakçılıq və təmsilçilik fürsətlərini seçin və müraciət edin. Post Views: 188

Qız skautlarımız və qadın bələdçilərimiz üçün Hindistanda könüllülük imkanı!

Hindistanda yerləşən Sangam WAGGGS dünya mərkəzində könüllü ol! Fəaliyyət sahələri: 18-35 yaş arası qadın üzvlərimiz üçün! Müraciət aidiyyatı üzrə liderinizin tövsiyəsi əsasında həyata keçirilir. Daha ətraflı məlumat…

“European Networking Event” adlı tədbiri baş tutub

Noyabrın 23-26 tarixlərində Dünya Skaut Hərəkatı Təşkilatı (WOSM) tərəfindən Budapeşt Avropa Gənclər Mərkəzində “European Networking Event” adlı tədbiri baş tutmuşdur. Tədbirdə Azərbaycan Skautlar Assosasiyasının sədri İlyas İsmayıllı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir