Namizəd skaut liderləri üçün ilkin skaut təlimi baş tutub

Azərbaycan Skautlar Assosiasiyasının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” layihəsi və Milli Təlim Proqramı çərçivəsində “MTP010-TL24-2” təməl liderlik təliminin iştirakçıları, namizəd skaut liderləri üçün Bakı şəhərində ilkin skaut təlimi baş tutub.

Ölkəmizin 14 rayon və şəhərindən olan namizəd skaut liderləri 3 sessiyadan ibarət təlimin birinci sessiyasında “Dünyada Skautinq” mövzusunda biliklərini artırıblar. Sessiya ASA-nın böyükyaşlı üzvü, DHST-nin komitəsinin gənc məsləhətçisi Fatimə Əliyeva tərəfindən aparılıb.

İkinci sessiya Dünya Skaut Hərəkatı Təşkilatının “Zərərdən müdafiə” (Safe from Harm) Siyasəti ilə bağlı olub. Milli Komitə üzvü, DHST-nin SfH üzrə konsultantı Ülkər Xanlarova təlimçi qismində çıxış edərək interaktiv təlim metodları ilə yeni bilik, bacarıq və dəyər əsaslı səriştələri iştirakçılara çatdırıb.

Assosiasiyamızın Milli Baş Müvəkkili Ülvi Məmmədov tərəfindən təqdim edilən “Dəyişikliklərə ”hazır ol!” adlı sessiyada iştirak edən müdavimlər suallarına cavab tapıblar.

Yekunda xatirə şəkli çəkilib.

Related Posts

Liderlik Təlimi İştirakçıları “Yer Saatı”nı qeyd etdilər!

Azərbaycan Skautlar Assosiasiyası bu böyük tədbirin bir parçası olmaqla, gələcək nəsillər üçün daha yaxşı bir dünya yaratmaq ideyasını dəstəkləyir. Hər il olduğu kimi bu il də skautlar…

Qubada təməl liderlik təlimləri start götürüb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Məktəblərdə skaut klublarının yaradılması” layihəsində ümumilikdə Azərbaycanın müxtəlif bölgələrindən…

Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması layihəsinə start verildi

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” layihəsinə start verildi İlk gün…

WikiScout Təlimi ilə siz də Vikipediyaçı Skautlarımızdan biri ola bilərsiniz

Vikipediya çağdaş dönəmdə informasiyanın əldə edilməsində xüsusi əhəmiyyətə malik virtual məlumat platformasıdır.Azərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində həyata keçirilən bu təlim, Azərbaycan dilində vikiməzmunu zənginləşdirmək, başqa…

Azərbaycan Skautlarının Liderlik Kursu

Əziz skautlar və skaut dəyərlərinə sahib gənclər. Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Azərbaycan Skautlarının Liderlik Kursu”na qeydiyat başladı. Hər bir skaut təşkilatının əsas sütunu skautlar olsa da…

Skaut lideri olmaq istəyən müəllimlərin nəzərinə!

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Ümumtəhsil məktəblərində skaut klublarının yaradılması” layihəsinə start verilir! Təhsil sahəsində…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir