İngiltərədə Baş katiblər və Baş Könüllülər Şəbəkəsinin Görüşləri yekunlaşıb

Dünya Skaut Hərəkatı Təşkilatının (World Organization of the Scout Movement) Avropa Regionunda olan milli skaut təşkilatlarının baş katiblərinin və könüllülərlə bağlı rəhbərləri üçün İngiltərə Skautlarının ev sahibliyi etdiyi Gilwell Parkında 9-11 fevral tarixlərində 23 ölkədən 44 iştirakçının iştirak etdiyi “Baş katiblərin və Könüllülər üzrə rəhbərlərin görüşü” başa çatıb.


Tədbir boyu biz dəyərli əlaqələri gücləndirdik, ən yaxşı təcrübələri paylaşdıq və innovativ ideyaları oyatdıq. Əsas məruzəçi İngiltərə Skautların qruplar üzrə davamlılıq meneceri Rebecca Craske iştirakçılara davamlılığın skautinqə inteqrasiyası və iqlim dəyişikliyinin fəaliyyətlərimizə necə təsir etdiyi barədə məlumat verdi.

Bu hadisə Erasmus+ tərəfindən dəstəklənən “Earth Tribe” layihəsində əhəmiyyətli bir addımdır. Azərbaycan Skautlar Assosiasiyasından Birləşmiş Krallıqda 9-11 fevral tarixlərində baş tutmuş beynəlxalq tədbirdə Azərbaycan Skautlar Assosiasiyasının Milli Baş Müvəkkili Ülvi Məmmədov iştirak edib.

Şərqi Londonda yerləşən və Skautinq hərəkatının simvolik və mühim məkanı olan “Gilwell Park” adlı fəaliyyət mərkəzində reallaşan Baş Katiblər Şəbəkəsi görüşünün məqsədi təcrübələri bölüşmək, ümumi problemlərə yeni və innovativ həllər təqdim etmək və müvafiq mövzuları müzakirə etmək üçün hər bir üzv təşkilatdan baş katibləri bir araya gətirməkdir. Həmçinin milli səviyyədə Skautinqin idarə edilməsində əsas tendensiyalar üzrə yeni tərəfdaşlıqlar və müzakirələr qurmağa imkan verirən yüksək səviyyəli tədbir “Earth Tribe” Avropa layihəsinin bir hissəsi olaraq, 2023-cü ildən ənənəvi və davamlı tədbirlərin təşkili, milli idarəetmədə davamlılıq və yaşıl siyasətlər üçün maliyyə imkanları kimi bəzi müvafiq mövzuları araşdırmaq niyyəti ilə “Davamlılıq” mövzusu altında təşkil edilib.


Qeyd edək ki, Azərbaycan Skautlar Assosiasiyası 2000-ci ildən 2023-cü ilin oktyabr ayınadək 60 milyon gənci birləşdirən nəhəng təşkilat olan Ümumdünya Skaut Hərəkatı Təşkilatının Avrasiya Regionunda fəaliyyət göstərib. 2023-cü ilin oktyabr ayından isə Avropa Regionuna üzv seçilib.

Ülvi Məmmədov 2021-ci ilin may ayından etibarən sözügedən təşkilatda baş katib vəzifəsində fəaliyyət göstərir. Ölkəmizi və mənsub olduğu təşkilatı bir sıra Avropa və ərəb ölkələrində təmsil edib. Bir neçə böyük yerli və beynəlxalq layihələrin icraçısıdır.

Züleyxa Xankişiyeva
11.02.2024

Related Posts

Avropa Parlamentindən salamlar!

Skautinq təkcə nişanlar və tonqallardan ibarət deyil, bu, gənclərimizi inkişaf etdirmək üçün gücləndirmək, onları bacarıq, dözümlülük və həyat yolu üçün xarakterlə təchiz etməkdir. Bəs bu təsiri necə…

Beynəlxalq təmsilçilər tərəfindən infosesssiyalar

Əziz skautlar, həftəsonu istirahətinizi maraqlı keçirdiyinizi ümid edirik. Yaxın tarixlərdə ASA-nı dünyanən müxtəlif ölkələrində təmsil edən üzvlərimiz tərəfindən infosessiyalar keçiriləcək. Bəs infpsessiyalar nə üçün keçirilir və bu…

ALLAHUƏKBƏR DAĞI ŞƏHİDLƏRİNİN ANIM DÜŞƏRGƏSİ

TİF TƏRƏFİNDƏN ELAN: FƏALİYYƏT SAHƏSİNƏ İLK GİRİŞ TARİXİ VƏ ZAMANI: 22 dekabr 2023-cü il Saat: 10.00FƏALİYYƏT SAHƏSİNƏ SON GİRİŞ TARİXİ VƏ VAXT: 22 dekabr 2023 Saat: 14.00FƏALİYYƏTİN…

Beynəlxalq məlumat manşeti

Əziz skautlarımız, beynəlxalq məlumat manşetimiz yayındadır! Özünüzə uyğun beynəlxalq iştirakçılıq və təmsilçilik fürsətlərini seçin və müraciət edin. Post Views: 188

Qız skautlarımız və qadın bələdçilərimiz üçün Hindistanda könüllülük imkanı!

Hindistanda yerləşən Sangam WAGGGS dünya mərkəzində könüllü ol! Fəaliyyət sahələri: 18-35 yaş arası qadın üzvlərimiz üçün! Müraciət aidiyyatı üzrə liderinizin tövsiyəsi əsasında həyata keçirilir. Daha ətraflı məlumat…

“European Networking Event” adlı tədbiri baş tutub

Noyabrın 23-26 tarixlərində Dünya Skaut Hərəkatı Təşkilatı (WOSM) tərəfindən Budapeşt Avropa Gənclər Mərkəzində “European Networking Event” adlı tədbiri baş tutmuşdur. Tədbirdə Azərbaycan Skautlar Assosasiyasının sədri İlyas İsmayıllı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir